AXH-nin əməkdaşlıq sazişinə əməl olunacaqmı? - Və yaxud ittihamlara moratorium qoymaqla bağlı anlaşma özündə nələri ehtiva edir?

AXH-nin əməkdaşlıq sazişinə əməl olunacaqmı? - Və yaxud ittihamlara moratorium qoymaqla bağlı anlaşma özündə nələri ehtiva edir?

İqbal Ağazadə: “Əvvəlcədən bədbin notlar üzərində köklənib, baltalamaq istəməzdim”

Pənah Hüseyn: “Biz heç kimə qadağa qoya bilmərik ki, bizi ittiham etməsin”

Fevralın 28-də Azərbaycan Xalq Hərəkatı (AXH) əksər siyasi partiyaları Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahına topladı. Öncə onu qeyd edək ki, ölkədə milli birliyə nail olmaq məqsədi ilə keçirilən bu toplantı təqdir olunmalıdır. Demokratik cəmiyyət uğrunda milli birliyə nail olmaq məqsədilə təşkil olunan tədbirdə əksər partiya sədrləri iştirak edib, qarşılıqlı ittihamlara son qoymaq məqsədilə əməkdaşlıq sazişi imzalayıblar.

Qeyd edək ki, siyasi partiyaların imzaladığı bu sazişdə tərəflər 4 bənddə ehtiva olunan şərtləri öhdəlik götürüblər:

1. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasında, demokratik cəmiyyətin qurulmasında, vətəndaşların siyasi, ictimai, hüquqi biliklərinin artırılmasında yaxından iştirak edəcək;

2. Cəmiyyətdə baş verən qanun pozuntularının qarşısının alınmasında birgə fəaliyyət göstərəcək;

3. İşğal edilmiş torpaqların azad edilməsində daim milli mənafedən çıxış edəcək;

4. Milli və dövlət maraqlarına zidd olan hərəkət və hərəkətszilik etmək istisna olmaqla, uzun illər davam edən qarşılıqlı ittihamlara moratorium qoyacaq;

Milli birliyə nail olmaq vətənini sevən hər bir vətəndaşın arzusu olsa da, son vaxtlar ölkədə gedən proseslərdən aydın görünür ki, bu məsələyə əngəl törətmək istəyən kifayət qədər qüvvə var. Məhz buna görə də uzun illər siyasilər biri-birini yeri gəldi-gəlmədi ittiham edir. O baxımdan, ittihamlara moratorium qoymaq çox yaxşı təklif və ideyadır. Amma bunu yerinə yetirmək, hər nə gəldi danışan adamların ağzını yummaq da çətin məsələdir. Əslində, millət olaraq milli birliyə nail olmağa bu gün ciddi ehtiyacımız var.

“İttihamlara moratorium qoymaqla bağlı əməkdaşlıq sazişi imzalanıb”

Похожее изображение

Azərbaycan Xalq Hərəkatının təşkil etdiyi tədbirlə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə “Hürriyyət”ə dedi ki, Xalq Hərəkatının Klassik Xalq Cəbhəsinin qərargahında keçirdiyi tədbirdə təkcə Hərəkata daxil olan partiyalar yox, digər partiyalar da iştirak edirdi: “Siyasi partiyalar arasında əməkdaşlıq sazişi yox, bir-birinə qarşı fəaliyyət göstərməmək, biri-birinə qarşı ittihamlara moratorium qoymaqla bağlı saziş bağlanıb. Yəni ittihamlara moratorium qoymaqla bağlı əməkdaşlıq sazişi imzalanıb”.

“İndidən nə nikbin proqnozlar vermək istəmirəm, nə də...”

“Biz demokratikləşmək üçün hər zaman açığıq və kim bunu təklif edirsə, müsbət yanaşırıq. Nə olacaq, gələcək göstərəcək. İndidən nə nikbin proqnozlar vermək istəmirəm, nə də əvvəlcədən bədbin notlar üzərində köklənib, baltalamaq istəməzdim”,-deyə partiya sədri qeyd etdi.

“Mitinqlərin keçirilməsinə icazə verilməsə, o müzakirə olunacaq”

“Sazişin ikinci bəndində sazişi imzalayanları nəzərdə tutaraq cəmiyyətdə baş verən qanun pozuntularının qarşının alınmasında birgə iştirak etmək” nəzərdə tutulur. Burada mitinq təşkil etmək məsələsi də varmı” sualına İ. Ağazadə belə cavab verdi: “Yəni siyasi institutların tələb etdiyi prosesdə hər hansı bir qanun pozuntuları və yaxud kütləvi qanun pozuntuları olacaqsa, ondan söhbət gedir. Hər halda gələcək üçün nə təkilf olunacaqsa, o müzakirə olunacaq. Bunu mitinqlərin keçirilməsi kimi başa düşmək yox, mitinqlərin keçirilməsinə icazə verilməsə, o müzakirə olunacaq və o qanun pozuntusunun qarşısını almaq üçün birgə fəaliyyət göstəriləcək”.

“Bir anlaşma olacaq ki, heç kim fərqli davranış və yaxud ritorika seçməsin”

““Moratorium qoyulacaq” deyəndə yalnız müxalifət partiyalarındanmı söhbət gedir” sualına gəlincə, İ. Ağazadənin cavabı belə oldu: “Yox, ümumiyyətlə, bütövlükdə cəmiyyətdən söhbət gedir. Milli və dövlət maraqlarına zidd hərəkət və hərəkətsizlik istina olmaqla, qalan hallarda cəmiyyətin bütün üzvləri istər, iqtidar, istər müxalifət, o cümlədən müstəqil şəxslər etik normalara və prinsiplərə, dəyərlərə riayət etməklə bağlı ən azı bir anlaşma olacaq ki, heç kim fərqli davranış və yaxud ritorika seçməsin”.

“Nə qədər mümkündür, o qədər çalışacağıq”

“Hər kəsin fərqli ritoroka və yaxud davranış seçməməsi mümkündürmü” deyə sual edikdə partiya sədri, “əlbəttə, mümkündür, niyə mümkün deyil” deyə sual etdi: “İnandırıcı olamasa da, nə qədər mümkündür o qədər edəcəyik. Bu, o demək deyil ki, bu, yüz faiz yerinə yetiriləcək, nə qədər mümkündür, o qədər çalışacağıq”.

“Sənəddə seçki ilə bağlı heç bir söz də yoxdur”

Картинки по запросу Pənah Hüseyn

Azərbaycan Xalq Hərəkatının keçirdiyi tədbirdə seçkiləri baykot taktikasının gündəmə gətirilməsi ilə bağlı fikirlər səslənsə də, keçmiş baş nazir Pənah Hüseyn “Hürriyyət”ə dedi ki, o tədbirdə iştirak edə bilməyib, amma ona göndərilən sənəddə seçki ilə bağlı heç nə yoxdur: “ Bizə məktub göndərilib, məktuba da saziş layihəsi əlavə olunub, imzalanması təklif olunan bu sənəddə seçki ilə bağlı heç bir söz də yoxdur”.

“Xalq Partiyası milli maraq və mənafelərə, demokratik dəyərlərə və prinpislərə zidd bir addım atarsa...”

P. Hüseyn diqqətə çatdırdı ki, imzalanması təklif olunan sənəd 4 bənddən ibarət olub: “Axırıncı bənd belədir ki, biri-birnə qarşı qarşılıqlı ittihamlara moratorium qoyacaq. Bizim də heç kəsə ittihamımız, sözümüz olmadığına görə partiyada müzakirə etdik. Deyək ki, sabah hansısa partiya, lap elə Xalq Partiyası milli maraq və mənafelərə, demokratik dəyərlərə və prinpislərə zidd bir addım atarsa, biz heç kimə qadağa qoya bilmərik ki, bizi tənqid eləməsim, ittiham etməsin. Biz o bəndi doğru saymadıq. Amma seçki ilə bağlı heç nə yoxdur”.

“Bu məsələni bu və ya digər şəkildə hansısa siyasi qüvvə gündəmə gətirə bilər”

“Ümumiyyətlə, Xalq Hərəkatının seçkiləri boykot takstikası varmı” sualına P.Hüseyn belə cavab verdi: “Məndə elə bir informasiya yoxdur. Bunu Xalq Partiyasının rəhbərliyinə müraciət edin. Prinsipcə bu məsələni bu və ya digər şəkildə hansısa siyasi qüvvə gündəmə gətirə bilər, amma buna razı olub-olmamaq məsələsi artıq partiyaların müvafiq orqanlarının səlahiyyətinə aid olan məsələdir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA