“Şaxta baba və Qar Qız olmayacaq" - RUSİYADA MƏMURLARDAN QADAĞA

“Şaxta baba və Qar Qız olmayacaq" - RUSİYADA MƏMURLARDAN QADAĞA

Rusiyanın bir neçə şəhərində dövlət məmurları uşaq bağçaları və məktəbəqədər müəssisələrə Yeni il şənlikləri üçün Şaxta baba və Qar qızı dəvət etməyi yasaqlayıblar.

Hurriyyet.org xəbər verir ki,  Novosibirsk, Kirov, Samara və Kazanda keçiriləcək uşaq bayramlarında bu qəhrəmanlar olmayacaq.

Buna səbəb olaraq psixoloqların məsləhəti və korrupsiyayla mübarizə göstərilib. 

Kirov şəhər rəhbərliyindən deyiblər ki, Şaxta Baba və Qar qız lar dəvət aldıqları tədbirlərin meydançalarının icarə haqqını ödəməkdən boyun qaçırırlar. Onlar yalnız valideynlərdən pul qoparmağı bacarırlar.

Novosibirskdə isə bunu psixoloqların tövsiyəsi ilə bağlayıblar. Onlar hesab edir ki, bağça yaşlı uşaqlar Şaxta baba personajını anlamaq üçün balacadırlar.

Rusiyanın başqa bölgələrində isə super qəhrəmanların kostyumlarını geyinmək qadağan olunub.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA