Ayətullah Xameneinin yaxın adamı Paşinyan qalmaqalına münasibət bildirib - VİDEO

Ayətullah Xameneinin yaxın adamı Paşinyan qalmaqalına münasibət bildirib - VİDEO

Ermənistan baş naziri Paşinyanın İrana səfəri və ondan sonra baş verənlər müzakirə olunmaqda davam edir. Xatırladaq ki, ötən gün İran XİN və daha sonra İranın Azərbaycandakı səfirliyi ötən həftə baş verənlərə münasibət bildirib və Tehranda ermənilərlə Paşinyanın görüşündə qaldırılan şüarlar qınanıb. Bu dəfə prosesə İranın ali dini liderinin ən yaxın adamlarından biri qoşulub.
İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Azərbaycanla bağlı bəyanatla çıxış edib. Əslən azərbaycanlı olan Türkmən İran ali dini liderinin Azərbaycana münasibətini açıqlayıb.

Sitat: “Bildiyim kimi ali lider Ayətullah Xameneinin Azərbaycanla bağlı mövqeyi bundan ibarət olub ki, biz həmişə Azərbaycanı müdafiə edəcəyik, necəki keçmişdə müdafiə etmişik. Ali lider Azərbaycanı daima dəstəkləyib. Bundan sonra da bu siyasət Ali lider tərəfindən davam etdiriləcək”.

İran dövlət rəsmisi keçirdiyi mətbuat konfransında Ermənistan baş nazirinin Tehran səfəri və İran rəhbərliyinin Azərbaycanla bağlı mövqeyinə münasibət bildirib. Türkmən deyib ki, İslam İnqilabının rəhbəri həmişə Azərbaycan dövləti və xalqının müdafiəçisi olub və indi də belədir: “Son günlərdə Azərbaycan xalqını narahat edən vəziyyət baş verib. Mən qeyd etməliyəm ki, Azərbaycan regionda bizim üçün mühüm ölkədir. Bizim 15 qonşumuz var, bu ölkə onların ən vaciblərindəndir”, deyə o bildirib.
Azərbaycan – İran əlaqələrində ixtilaf yaradan istənilən hər bir addımın qəbuledilməz olduğunu deyən Ə.İ. Türkmən vurğulayıb:
“Son günlərdə deyilən bəzi şüarlar İran İslam Respublikasının mövqeyi deyil. İran İslam Respublikasının mövqeyi rəsmi tribunalardan bildirilir. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə etmişik”./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA