“Ayla”nın “Oskar” xəyalları “suya düşdü”

“Ayla”nın “Oskar” xəyalları “suya düşdü”

Almaniyanı təmsil edən türk rejissorun “Fade”si isə siyahıya düşə bilib

Çoxlarının “Oskar” mükafatı alacağına ümid etdikləri “Ayla” filmi ilə bağlı xəyallar suya düşdü.

Hurriyyet.org xəbər verir ki, Türkiyədən Oskara namizəd göstərilən film layiq olduğu yeri almayıb. Mükafata namizəd göstrərilən xarici filmlər siyahısında “Ayla”nın adı çıxmayıb.

Can Ulkayın lentə aldığı “Ayla” “Oskar”ın bir addımından dönsə də, daha bir türk rejissor Fatih Akının Almaniyanı təmsil etdiyi son filmi - “Fade” sözügedən siyahıya düşə bilib.

Siyahıda 9 filmin adı yer alıb. Özəl Münsiflər Heyəti onlar arasından ən yaxşı 5 filmi fərqləndirəcək.

Qeyd edək ki, bütün nominasiyalar üzrə namizəd filmlərin adı yanvarın 23-də açıqlanacaq. Ödül törəni isə martın 4-də baş tutacaq.

“Oskar” mükafatının “Xarici dildə əm yaxşı film” nominasıyası üzrə fərqlənən filmlərin siyahısı:

Çili: “A Fantastic Woman” - Sebastyan Leliyo;
Almaniya: “In the Fade” - Fatih Akin;
Macarıstan: “On Body and Soul” - Ildikó Enyedi;
İsrail : “Foxtrot” - Samuel Maoz;
Livan: “The Insult” - Ziyad Dueri;
Rusiya: “Loveless” Andrey Zvyaginsev;
Seneqal: “Félicité” Alen Qomis;
Cənubi Afrika: “The Wound” - John Trenqoy;
İsveç: “The Square,” Ruben Ostlund.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA