Azad Rəhimov Şəhriyar və Teymura sitəm etdi

  • 2019-03-30 20:56:45
  • |
  • İdman /

Azad Rəhimov Şəhriyar və Teymura sitəm etdi

“Bu il də ənənəvi olaraq tanınmış şahmatçımız, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnir keçirilir. Sevindirici haldır ki, Şəmkirdə altıncı dəfə təşkil edilməsinə baxmayaraq, yarışa dünyanın 10 ən güclü şahmatçılarından altısı, o cümlədə dünya çempionu Maqnus Karlsen qatılıb”.

Bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov “ShamkirChess 2019” supertunirinin açılış mərasimindən öncə deyib.

Bu yarışın şahmat tarixində öz yerini tutduğunu vurğulayan nazir turnirin bütün şahmatçılarının diqqətini cəlb etdiyini bildirib:

“Azərbaycanda şahmat idman növünə böyük dövlət dəstəyi göstərilir. Şahmat azarkeşlərimiz tərəfindən də sevilir. Belə tədbirlər Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdırmaq üçün gözəl vasitədir. Düşünürük ki, gələn illərdə də bu turnir davam edəcək”.

A.Rəhimov Teymur Rəcəbovla Şəhriyar Məmədyarovun Qazaxıstanda keçirilmiş komandalararası son dünya çempionatına qatılmamasına da münasibət bildirib:

“Dünya və Avropa çempionatları həm nazirlik, həm də federasiyalar tərəfindən əsas diqqət mərkəzində saxlanılır və orda iştirak etmək vacibdir. Ona görə Azərbaycan bu yarışlara ən güclü komandaları göndərir. Şahmat isə digər idman növlərindən fərqli olduğuna görə, ola bilsin ki, bizim məşhur şahmatçıların öz planları olub. Ona görə də bu iki idmançı orda çıxış etməyib. Bizim komanda isə orda iştirak etdi və yeddinci yerdə qərarlaşdı. Düşünürük ki, gələn illərdə Şəhriyar və Teymur komandamızın yaraşmayan yerdə qərarlaşdığını görüb, dünya çempionatına qatılar”. \\Qafqazinfo

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA