Azərbaycan Auditorlar Palatası sorğumuza cavab verdi: “Muxtar Respublikanın büdcə gəlirləri 78.27%-i dotasiya hesabına formalaşır”

  • |

Azərbaycan Auditorlar Palatası sorğumuza cavab verdi: “Muxtar Respublikanın büdcə gəlirləri 78.27%-i dotasiya hesabına formalaşır”

 

Naxçıvan polemikalarına Azərbaycan Auditorlar Palatasından da cavab gəlib.

“Hürriyyət” qəzeti xəbər verir ki, BAXCP sədri ilə Naxçıvan Muxtar Respublika rəhbərliyi arasında davam edən polemikalarda hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Auditorlar Palatasının Hüquq və Qanunverivilik Məsələləri üzrə Komitəsinə sorğu göndərmişdik.

Sorğumuzu cavablandıran Komitə sədri, iqtisadçı ekspert Elçin Qurbanovun cavabı isə xeyli konkret olub: “Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 78.27 faizi dotasiya hesabına formalaşır”.

Cavabı olduğu kimi təqdim edirik:

 

“2018-ci il Dövlət Büdcəsi Haqqında Qanunda Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya: 281 900 000.00 ( iki yüz səksən bir milyon, doqquz yüz min) manat

 

1.1.7.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya

281 900 000,0

281 900 000,0

 

 

2019-cu il Dövlət Büdcəsi Haqqında Qanunun tətbiqi barədə Az. Res. Prezidentinin fərmanı ilə təsdiqlənmiş büdcədə Naxçıvan MR –nın büdcəsinə verilməli olan dotasiya 300 360 000.00 ( üç yüz mln, üç yüz altımış min) manat nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, 2019-cu il Dövlət Büdcəsi Haqqında Naxçıvan Muxtar Respublikasının qanununa əsasən büdcə (xərc təsnifatı üzrə cəmi ) xərcləri 383 700 000.00 (üç yüz səksən üç mln, yeddi yüz min ) manat, gəlirləri (dotasiyasız) 83 340 000.00 ( səksən üç mln, üç yüz qırx min ) manat müəyyən edilmişdir. Bu da o deməkdir ki, muxtar respublikanın büdcə gəlirləri 78.27 faizi dotasiya hesabına formalaşır".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA