Azərbaycan avtomobilləri Ukraynaya satılacaq

Azərbaycan avtomobilləri Ukraynaya satılacaq

Bu il "Xəzər" avtomobilləri Ukraynaya ixrac ediləcək.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur: "İxraca 2019-cu ilin ortalarında başlanılacaq".

Sədr qeyd edib ki, ötən il ərzində istehsal olunan "Khazar" avtomobillərinin 400 ədədi dövlət qurumları, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb: Onun sözlərinə görə, satılan avtomobillərin 25 faizi kredit yolu ilə, qalanı nağd yolla satılıb".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı