“Azərbaycan bütün hallarda Pakistanın yanında olacaq” - İLQAR VƏLİZADƏ

“Azərbaycan bütün hallarda Pakistanın yanında olacaq” - İLQAR VƏLİZADƏ

“Pakistan anollji vəziyyətdə həmişə bizə dəstək göstərib”

İki gün öncə Pakistan Hərbi Hava Qüvvələri ölkənin hava məkanın pozan iki Hindistan qırıcı təyyarəsini vurduğuna görə bu ölkələr arsında hərbi gərginlik yaşanır.

Pakistan Xarici İşlər Nazirliyi mübahisəli Kəşmir bölgəsində ölkənin hava məkanını pozan Hindistanın iki hərbi təyyarəsini vurması ilə bağlı bəyanat yayıb.

“Pakistanın hava qüvvələri bu gün Pakistanın hava məkanından nəzarət xətti üzrə zərbələr endirib. Bu, Hindistan tərəfdən davam edən təcavüzə cavab zərbələri deyildi. Pakistan insan tələfatının qarşısını almaq üçün hərbi hədəflərə hücum etməyib. Yeganə məqsəd hüququmuzu, özünümüdafiəyə istək və hazırlığımızı nümayiş etdirmək olub”, - XİN-in bəyanatında deyilir.

Nazirik həmçinin münaqişənin gərginləşməsinin məqsəd olmadığını, lakin məcburiyyət halında Pakistanın bunu etməyə tam hazır olduğunu vurğulayıb.

Bu hadisədən sonra Hindistan və Pakistanın sərhədyanı bölgələri üzərindəki hava məkanı beynəlxalq tranzit uçuşlar üçün bağlanıb. Hazırda beynəlxalq uçuşlar həyata keçirən təyyarələr üçün digər marşrutlar axtarılır. Pakistan İslamabad, Lahor, Multan, Feysəlabad, Sialkot hava limanlarına daxili və beynəlxalq uçuşları təcili olaraq dayandırıb. Öz növbəsində, Hindistan hökuməti Amritsar, Srinaqar, Cammu, Çandiqarh və Dehradun şəhərləri üzərində tranzit təyyarələr üçün hava məkanını bağlayıb.

Pakistanın hava məkanın pozan iki Hindistan qırıcı təyyarəsinin vurulması ilə bağlı Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand də açıqlama verib: “Cəmmu və Kəşmirdə Hindistana məxsus qırıcı təyyarələrin hərəkətlərini Pakistanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndiririk. Burada müsəlman ölkəsinə, suveren dövlətə qarşı açıq təcavüz var. Bunu Pakistanın ərazi bütövlüyünün, hava sahəmizin pozulması kimi qiymətləndiririk”.

Hindistanı Cəmmu və Kəşmir məsələsinə dair dəfələrlə danışıqlara dəvət etdiklərini, hər dəfə də mənfi cavab aldıqlarını deyən səfir bildirib: “Hindistan Kəşmirlə bağlı bizimlə hər cür təmaslardan boyun qaçırır. Hindistan BMT və İƏT-in Kəşmirə dair qətnamələrini pozaraq yerinə yetirməkdən imtina edir. Kəşmirlilərin hüquq və azadlıqları uzun illərdir pozulur. Təkcə son aylar ərzində 500-dən artıq müsəlman kəşmirli öldürülüb”.

Pakistanlı diplomatın fikrincə, Hindistanın Baş naziri Nərendra Modi qarşıdakı seçkilər ərəfəsində siyasi xal qazanmaq məqsədilə bu vəziyyətdən istifadə edir: “Pakistan bütün platformlarda açıq şəkildə Azərbaycanı dəstəkləyir, o cümlədən Dağlıq Qarabağ məsələsində. Ümidvarıq ki, İƏT Kəşmir Təmas Qrupunun mühüm iştirakçısı kimi Azərbaycan da bu məsələyə dair bəyanat verəcək, Pakistana qarşı təczvüzü pisləyəcək”.

Hindistanın Azərbaycandakı səfirliyi sözügedən hadisəni şərh etməyib.

Əslində, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand “Pakistan bütün platformlarda açıq şəkildə Azərbaycanı dəstəkləyir, o cümlədən Dağlıq Qarabağ məsələsində” deməkdə haqlıdır. Çünki Pakistan daima Azərbaycana dəstək olub, Azərbaycanı mustəqil dövlət kimi tanıyan ilk ölkə, Xoca faciəsini isə tam səviyyədə qətliam kimi tanıyan iki ölkədən biridir. Ona görə də, rəsmi Bakı həmişə Pakistana dəstək olmalı, İƏT Kəşmir Təmas Qrupunun iştirakçısı kimi Azərbaycan da bu məsələyə dair bəyanat verməli, dost ölkəyə qarşı təcavüzü pisləməlidir.

“Biz bütün hallarda Pakistanın yanındayıq”

Картинки по запросу İlqar Vəlizadə

Pakistanın Azərbaycandakı səfirinin fikirləri ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, bu, bir qədər həssas məsələdir: “Əlbəttə ki, biz bütün hallarda Pakistanın yanındayıq. Pakistan anollji vəziyyətdə həmişə bizə dəstək göstərib. Azərbaycan həmişə Kəşmir problemi ilə bağlı BMT-nin, yaxud İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini əsas bilib. Əslində, bu qətnamələr həmin problemin həll olunmasının həm yollarını göstərir, həm də ona əməl olunması üçün imkanlar açır. Amma iş orasındadır ki, Hindistan tərəfi danışıqlardan qaçır. Danışıqların mahiyyəti də ondan ibarətdir ki, həmən bu problemli məsələlərin sülh yolu ilə tənzimlənməsi üçün zəmin yaradır. Hətta baxmayaraq ki, bizim konfliktimiz, münaqişəmiz çox mürəkkəb şəkildə keçib, biz də işğalçı Ermənistanla hələ də danışıqlar aparırıq. Lakin burada Hindistan tərəfi danışıqlardan qaçır və beləliklə münaqişənin həll olunmasına, danışıqların aparılmasına əngəl törədir və demək olar ki, bu müharibəyə zəmin yaradır. İndi Azərbaycan neyniyə bilər? Əlbəttə, Azərbaycan lazım olsa, Xarici İşlər Nazirliyi səviyyəsində regionda sülhün bərqərar olması ilə bağlı bəyanat verə bilər. Amma hər halda, Pakistanın hərbi-siyasi dairələri çox gözəl başa düşürlər ki, əgər problem çözülməsə və yaxud bu, müharibə müstəvisinə qalxsa, Azərbaycan bütün hallarda Pakistanın yanında olacaq. Bu, birmənalı olaraq belə olacaq”.

“Seçkiqabağı kompaniya üçün Kəşmir regionundakı gərginlik çox əlverişli ssenari kimi qiymətləndirilir”

“Pakistanın Azərbaycandakı səfirinin sözlərinə görə, Hindistanın baş naziri Nərendra Modi qarşıdakı seçkilər ərəfəsində siyasi xal qazanmaq məqsədilə bu vəziyyətdən istifadə edir. Bu fikirlə razısınızmı” sualını İ.Vəlizadə belə cavablandırdı: “Bu, ağılabatan əsasdır. Amma, ümumiyyətlə, Modi millətçidir, Modi hökuməti də millətçidir. Millətçilər adətən öz məqsədlərini həyata keçirmək üçün bu tipli konfliktlərdən, münaqişələrdən istifadə edirlər. Hazırda seçkiqabağı kompaniya üçün də Kəşmir regionundakı gərginlik çox əlverişli ssenari kimi qiymətləndirilir. Amma indi Hindistanda çox təsirli siyasi qüvvələr var ki, onlar bu tpli münaqişələrin təzədən gündəmə gəlməsində maraqlı deyilər. Çünki Hindistan hazırda bir çox risklərlə qarşılaşır. Modinin milətçilik prinsipi əsasında bu münaqişənin üzərinə aksentlər qurmaq əslində, heç də Hindistanın xeyrinə deyil, milli maraqlarına cavab vermir. Çünki bu, Hindistanı regionda çox mürəkkəb bir vəziyyətə salar. İndi hazırda regionda mühüm proseslər baş verir. Pakistanla bağlı olan regiondan enerji layihələri keçir və burada hər hansı bir gərginlik Hindistanın iqtisadi maraqlarına mənfi təsir göstərir. Ona görə, mən düşünmürəm ki, uzaqgörən siyasətçilər bu problemdən xeyir görə bilərlər”.

“Bu məsələlərin hərbi yolla çözülməsi gərəkli olsa, bütün hallarda nüvə silahından istifadə etməyəcəklər”

“Paksitan və Hindistan nüvə dövləti olsalar da, indi heç biri nüvə silahından istifadə etməyə hazır deyil. Çünki bu, daha böyük risklərlə bağlıdır. Həm Hindistanın, həm də Pakistanın kifayət qədər başqa resursları var. Bu məsələlərin hərbi yolla çözülməsi gərəkli olsa, bütün hallarda nüvə silahından istifadə etməyəcəklər. Onlarda taktiki raketlər də var. Onların hazırda arsenalda kifayət qədər döyüşçüləri, hərbi təyyarələr parkı var. Bu da təsirli bir imkandır. Ona görə, nüvə silahından istifadə etməyi ən axırıncı variant hesab etmək olar. Amma yenə də düşünmürəm ki, onlar onu istifadə edə bilələr”,-deyə politoloq qeyd etdi.

“Beynəlxlaq qurumlar bu vəziyyətə kifayət qədər ciddi təsir göstərmirlər”

İ. Vəlizadə düşünmür ki, Pakistan-Hindistan arasında yaranmış gərginliyi aradan qaldırmaq üçün beynəlxalq təşkilatlar təsirli rol oynaya bilər: “İlk əvvəl bu gərginliyin inkişafı milli maraqlara zidd olsa, tərərflər özləri qərara gələcəklər ki, hərbi gərginliyi dayandırmaq lazımdır Bu ölkələrin münasibətlərində bu, birinci və və axırıncı hadisə deyil və hər dəfə də beynəlxlaq qurumlar bu vəziyyətə kifayət qədər ciddi təsir göstərmirlər. Ciddi təsir göstərən daxili qüvvələr, hansı ki, milli maraqları üstün tutan qüvvələrdir, ki, münaqişəni son nəticədə dayandırırdılar”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Hindistan və Pakistan arasında yaşanan gərginliklə bağlı çağırış edib. BMT baş katibinin sözçüsü Stefan Düjarrik danışıb: “Tərəflərə təzyiqi azaltmaq və regionda sülh və təhlükəsizliyi təmin etmək məsələsində məsuliyyətlərini yerinə yetirmələri üçün təcili addım atmaları barədə çağırış edirik”.

ABŞ-ın müdafiə naziri vəzifəsinin icraçısı Patrik Şanahan da Hindistan və Pakistanı növbəti hərbi əməliyyatlardan çəkinməyə çağırıb. Bu barədə Pentaqon bəyanat verib.

Bəyanatda bildirilir ki, regionda gərginliyin artması Patrik Şanahanın diqqət mərkəzindədir və o, hər iki ölkəni gələcəkdə hərbi əməliyyatlardan çəkinməyə çağırır.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA