“Azərbaycan danışıqlar prosesini yekunlaşdırmalıdır” - HƏRBİ EKSPERT

“Azərbaycan danışıqlar prosesini yekunlaşdırmalıdır” - HƏRBİ EKSPERT

Üzeyir Cəfərov: “ATƏT Moskva tərəfindən idarə olunur”

3 il öncə 4 günlük aprel döyüşlərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş döyüşlərdə Azərbaycan ordusu öz şücaətini bütün dünayaya göstərdi. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu. Rəsmi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini azad etdi ki, bu da Azərbaycan əsgərinin süngüsünün qüdrəti idi. Əslində, Azərbaycan əsgərinin süngüsünün gücünü bir neçə gün öncə Amerikadan Azərbaycanı hədələyən Ermənistan müdafiə naziri David Tonoyana apel döyüşçülərinin xatirinə yenidən göstərmək gərək idi. Bu, həmin döyüşlərdə həlak olmuş qəhrəman şəhidlərimizin ailələrinə və sağlamlığını itimiş zabitlərimizə bir təsəlli olardı.

“ATƏT-in Minsk Qrupu Tonoyanın bəyanatına dərhal reaksiya verməli idi”

Aprel döyüşlərinin ildönümü ilə bağlı fikirlərini bölüşən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov “Hürriyyət”ə dedi ki, 2016-cı ildə Azərbaycan silahlı qüvvələri hər hansı bir döyüş aparmayıb: “Bu, sadəcə düşmənin təxribatının qarşısını almaq məqsədilə Azərbaycan silahlı qüvvələrinin düşmənə qarşı xüsusi təyinatlılar vasitəsilə göstərdiyi təzyiq idi ki, onlar həmin o təxribatları dayandırsınlar, mülki vətəndaşları atəş altında saxlamasınlar. Bir sözlə, 2016-cı ildə geniş döyüş olmayıb. Nəticəni də özünüz görürsünüz. Həqiqətən də döyüş olsaydı, yəqin ki, Azərbaycan Silahlı Qüvvələri o güclə, o silahla ən azı xeyli kənd və qəsəbə azad edərdi. Yenə deyirəm, bu, sadəcə düşmənin təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş bir addım idi və bunun da nəticəsində bilirsiniz ki, bizim də itkilərimiz oldu. Çünki müharibədir, müharibədə itkisiz olmur. Sadəcə, bu döyüşlərin əhəmiyyəti o idi ki, 20 ildə o bivec, şərəfsiz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin eləyə bilmədikləri məsələyə diqqət nöqteyi-nəzərindən Azərbaycan əsgəri bir neçə gün ərzində məcbur elədi, Ermənistanın havadarı olan Rusiya başda olmaqla, Azərbaycana yalvarmağa başladılar ki, döyüş əmri verilməsin, əməliyyatlar dayandırılsın. Rusiyanın xarici işlər naizri Lavrov, müdafiə naziri Şoyqo, prezidentin mətbuat katibi Peskov və digərləri faktiki olaraq Putinin Azərbaycan tərəfinə xahişini, minnətini səsləndirdilər. Zatən, biz bilirik ki, Ermənistanın işğalçılıq siyasətinin arxasında birbaşa Rusiyanın məkrili siyasəti və mövqeyi dayanır. Ona görə də biz imkan verməməliyik ki, Rusiya bundan sui-istifadə eləsin. Biz bunu görürük ki, 2016-cı ildən sonra Rusiya Ermənistanı silahlandırmağa, onu şirnikləndirməyə başlayıb. Ermənistanın nə iqtisadi, nə də hərbi potensialı imkan vermir ki, onlar Azərbaycanla hər hansı bir rəqabət aparsınlar və ya Azərbaycana təzyiq göstərə bilsinlər. Amma baxın, Ermənistanın baş naziri Paşinyan Azərbaycan prezidenti ilə Vyanada görüş keçirir, hansısa humanitar məsələlərdən danışır, lakin ona tabe olan müdafiə naziri, hansı ki, 2016-cı ildə uğurzuluğa cavabdehlik daşıyanlardan biri David Tonoyan Vaşinqtonda Azərbaycanı hədələyici bəyanat səsləndirir ki, “biz yeni ərazilər haqqında düşünürük”. Görün, nə qədər məsuliyyətsiz, başıpozuq dəstədir ki, ATƏT-in Minsk Qrupu buna cavab vermir. ATƏT-in Minsk Qrupu buna dərhal reaksiya verməli idi. Görün, üstündən neçə gün keçib. ATƏT-dən niyə səs yoxdur? Çünki ATƏT Moskva tərəfindən idarə olunur. Rəsmi Voşinqton, Paris ATƏT-in Minsk Qrupu formasında fəaliyyət göstərsələr də, Qarabağla bağlı bütün səlahiyyətləri Rusiyaya həvalə ediblər. Rusiyanın da heç tükü tərpənmir ki, Ermənistan başından böyük hərəkət edir. Yəni Azərbaycan döyüş qərarı versə, bunun məsuliyyəti birbaşa Rusiyanın və Ermənistanın üzərində qalacaq. Tonoyan sıradan bir şəxs deyil, Ermənistanın müdafiə naziridir. O, Azərbaycanı hədələyib ki, “biz Azərbaycanı vuracağıq, dağıdacağıq, ərazi götürəcəyik”. Bunun özü nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan qətiyyətli addımlar atmalıdır və bu danışıqlar prosesini yekunlaşdırmalıdır. Çünki Ermənistanın havadarlarının əsas məqsədi sonsuzluğa qədər bu danışıqlar prosesini davam etdirmək, bu bezdirici, yorucu danışıqlardan sonra da Tramp kimi bir adama Ermənistanın lobbisi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə bağlı sənədi imzalatsınlar. Necə ki, Golan təpələri ilə bağlı belə bir addım atıldı, Suriya ərazisini İsrail ərazisi kimi tanıdılar”.

“Ermənistanın bütün şəxsi heyətini külə döndərmək olar, sadəcə...”

“Ermənsitanın müdafiə naziri Tonoyanın “yeni ərazilərin işğalı üçün yeni müharibə” bəyanatına cavab olaraq aprel hadisələrinin ildönümündə məqamı deyildimi ki, ermənilərə yenə bir dərs verilsin” sualına Ü. Cəfərov belə cavab verdi: “Azərbaycan üzərinə öhdəlik götürüb ki, bu danışıqlar prosesinə sadiqdir. Danışıqlar prosesinin heç bir perspektivi olmasa, ondan sonra hər hansı bir qərar qəbul etsin. Ermənistanın bu təxribatının arxasında da məhz bu amil durur, yəni Azərbaycan bəyan etsin ki, “biz danışıqlar prosesindən çıxırıq” və dərhal Ermənistan, Rusiya və digərləri Azərbaycanı günahlandırmağa başlasınlar ki, baxın, “Azərbaycan danışqlar prosesindən çıxır, vəziyyət gərginləşdi, müharibə başladı”. Zatən, biz bilirik ki, bu, sadəcə Azərbaycanın nəbzini yoxlamaq üçün Ermənistan tərəfindən səsləndirilən bir bəyanat idi. Onsuz da bilirlər ki, bir qələt edən deyillər. Özləri də bilirlər ki, şəxsi heyətin çatışmazlığı var, silah-sursatları o qədər də güclü deyil, Azərbaycanla müqayisədə çox zəifdir. Bunlar nə ilə ərazi alacaqlar? Guya, bilmirlər ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil?! Bu gün Azərbaycanın əlində olan silah-sursatla heç əsgərlər döyüşə girmədən, pilotsuz uçan aparatlarla, o cümlədən Belarusdan alınmış “Polonez”lərlə, Türkiyədən alnmış “Qasırğa” ilə işğal olunmuş ərazilərdə Ermənistanın bütün şəxsi heyətini külə döndərmək olar. Sadəcə olaraq bunun məsuliyyət söhbəti var. Ona görə də Azərbaycan hələlik qərar vermir. Amma bunların həyasızlıqları belə davam etsə, yəqin ki, bunun bir cavabı olacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA