Azərbaycan İsraildən Ermənistanı silkələyən SİLAHLAR ALIR - VİDEO

Azərbaycan İsraildən Ermənistanı silkələyən SİLAHLAR ALIR - VİDEO

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib.

Hurriyyet.org
publika.az-a istinadən xəbər verir ki, Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini almaq istəyir.

“Müdafiə nazirliyi lisenziyanın dayandırılmasını ləğv edib. Şirkət pilotsuz təyyarələri yuxarıda göstərilən müştəriyə satmağa davam edə bilər”, – “Aeronautics” məlumat yayıb.

Kamikadze funksiyasını yerinə yetirən bu təyyarələr “aprel müharibəsi”ndə işğalçı ölkənin ordusunu darmadağın etmişdi. Müharibədən sonra Ermənistan tərəfi İsrail qarşısında bu təyyarələrin Azərbaycana satılmasının dayandırılması məsələsini qaldırmışdı. Lakin İsrailin Müdafiə Nazirliyi lisenziyanı yeniləyib. Azərbaycan bundan sonra da pilotsuz təyyarə-kamikadzeləri almağa davam edəcək.

Erməni şərhçi Hakop Badalyan yazır ki, “Aeronautics” Azərbaycanın İsraildə pilotsuz təyyarə ala biləcəyi tək şirkət deyil: “İsrailin müdafiə sənayesi üzrə ixtisaslaşmış müxtəlif şirkətləri Azərbaycanla əməkdaşlıq edir. İsrail Müdafiə Nazirliyinin sonuncu qərarı da fevralın 27-də İrana səfər etməyə hazırlaşan Nikol Paşinyana cavab hesab oluna bilər. İsrail Ermənistan-İran münasibətlərini diqqətlə izləyir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA