Azərbaycan Ordusu Rusiya və İsrail silahlarına üstünlük verir - HESABAT

  • 2019-03-11 11:32:42
  • |
  • Aktual /

Azərbaycan Ordusu Rusiya və İsrail silahlarına üstünlük verir - HESABAT

Azərbaycan 2009-2013-cü illərlə müqayisədə, 2014-2018-ci illərdə silah idxalını 15 faiz artırıb.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) illik hesabatında belə deyilir.

Bildirilir ki, Azərbaycan ən çox silah idxal edən ölkələrin sıralamasında 23-cü pillədə qərarlaşıb.

Azərbaycana silah idxalının 51 faizi Rusiyanın, 43 faizi İsrailin və 2,8 faizi Türkiyənin payına düşür.

Bundan başqa, Azərbaycan İsrailin ən çox silah satdığı ölkələr sırasında 17 faizlə ikincidir. Birinci yeri isə 46 faizlə Hindistan tutur.

Hesabatda qeyd edilir ki, 2016-cı ildə İsrail Azərbaycana “Barak-8” sistemləri satıb.

Qeyd edək ki, hesabata əsasən, 2014-2018-ci illər ərzində dünyanın aparıcı silah ixracatçıları əvvəlki illərdə olduğu kimi, Rusiya və ABŞ-dır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA