Azərbaycan "Boeing" alacaq? - Cahangir Əsgərov qəzaya uğrayan təyyarələrdən danışdı

Azərbaycan "Boeing" alacaq? - Cahangir Əsgərov qəzaya uğrayan təyyarələrdən danışdı

"Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar “Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır".

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, bunu “AZAL”ın prezidenti Cahangir Əsgərov bildirib. O qeyd edib ki, “Boeing 737 MAX-8" hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqam müəyyənləşib - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb: "Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.

Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə "Boeing" korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd "Boeing 737 MAX-8" tipli təyyərə gətiriləcək.

"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq", – deyə Cahangir Əsgərov bildirib.

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək "Boeing 737 MAX-8" tipli təyyərələrin istismarını müvəqqəti dayandırdığını bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA