Azərbaycan təyyarəsinin qəza görüntüləri - VİDEO

Azərbaycan təyyarəsinin qəza görüntüləri - VİDEO

Bakıdan Moskvaya uçan Azərbaycana məxsus təyyarənin qəzaya uğramasının görüntüləri yayılıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, görüntüləri “Ren” TV dərc edib.

Xatırladaq ki, Moskvanın Şermetev Hava limanına uçuş yerinə yetirən 4K-AZ88 nömrəli "Gulfstream G200 Galaxy" təyyarəsi ötən gün enmə zamanı eniş zolağından kənara çıxıb.

Nəticədə, təyyarənin şassiləri qırılıb, gövdəsi zədələnib. Təyyarədə üç sərnişin və ekipaj üzvləri olub. Onlardan heç kim zərər çəkməyib.

Faktla bağlı cinayət işi açılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA