Azərbaycan üçün “Böyük İpək Yolu”nun əhəmiyyəti - II HİSSƏ

Azərbaycan üçün “Böyük İpək Yolu”nun əhəmiyyəti - II HİSSƏ

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycan_ucun_boyuk_ipek_yolunun_ehemiyyeti )

Azərbaycan beynəlxalq terrorizmə qarşı qoşuldu

2015 və 2016-cı illər Asiyanın qəlbi Bəyannamələrində qeyd olunmuş bütün terror qrupları da daxil olmaqla, Talıban tərəfindən Əfqanıstan və Asiyanın qəlbi regionunda zorakılığın yüksək səviyyəsindən dərin narahatlığımız davam edir. Mütəşəkkil cinayətkarlıqla əlaqəsi olan bu terror qrupları regionumuzun siyasi və geo-siyasi vəziyyətinə təsir ilə ölkələrimizin suverenlik və təhlükəsizliyini pozaraq, təhlükəsizlik və sabitliyə təhlükə yaradır. Biz Etimad Qurucu Tədbirlərın Regional Texniki Qrupunun Terrorçuluqla Mübarizə bölməsini Əfqanıstan və Asiyanın qəlbi regionunun sülh və təhlükəsizliyinə təhdid olan terrorçu qrupların razılaşdırılmış birgə siyahısını yekunlaşdırmağa və birgə səylər vasitəsilə onlara qarşı mübarizəni davam etdirmək məqsədilə yollar və metodologiyalar araşdırmağa çağırırıq. Əfqanıstan bu terror qruplarına qarşı müharibənin önündə mübarizəsini davam etdirərkən, Asiyanın qəlbi-İstanbul Prosesinin iştirakçı dövlətləri Əfqanıstan hökumətinin Əfqan Talibanla sülh və barışıq istiqamətində səylərini və terror qruplarına qarşı mübarizəsini dəstəkləyir.

Biz bu il boyunca 11 yanvar Qəndahar, 31 may Kabul və 7 noyabr Cəlalabadda baş vermiş terror aktları da daxil olmaqla, Əfqanıstan, İran, Pakistan, Rusiya və dünyanın digər regionlarında yüzlərcə insanın həyatını itirməsi, xəsarət alması və ictimai və özəl mülkiyyətin dağıdılması ilə nəticələnən terror aktlarını qəti qınayırıq.

Biz Əfqanıstanda terror qrupları və İŞİD-a qarşı mübarizə aparan və ölkədə sülh və təhlükəsizliyin təmin olunmasında göstərdikləri şücaətə görə Əfqan Milli Müdafiə Təhlükəsizlik Qüvvələrinin (ANDSF) fəaliyyətini təqdir edirik. Biz Əfqanıstanda uzunmüddətli, dayanıqlı təhlükəsizlik və sabitliyə nail olunması məqsədilə Beynəlxalq cəmiyyət və Əfqanıstan Hökuməti arasında imzalanmış, 2020-ci ilə qədər ANDSF-ə davamlı maliyyə və hərbi texniki dəstək və yardımın təmin edilməsi, həmçinin Post-ISAF Missiyası çərçivəsində edilən təlimlər, tövsiyə və yardım edilməsini nəzərdə tutan razılaşmaları alqışlayırıq. Biz həmçinin ANDSF və beynəlxalq qüvvələrin həlak olmuş üzvlərini dərin ehtiramla yad edirik.

Narkotik maddələr və mütəşəkkil cinayət

19. Biz bu il Əfqanıstanda tiryəkin qeyri-qanuni becərilməsi və istehsalında müşahidə edilən kəskin artımdan, Asiyanın Qəlbi regionu və bu regionun hüdudlarından kənarda narkotik maddələrin dövriyyəsi həcmi, ticarəti, prekursorların ticarəti və qeyri-qanuni narkotik maddələrə artan tələbdən narahatıq. Bu, yalnız Əfqanıstanda deyil, ətraf regionda və ümumilikdə dünyada sosial-iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyə təhlükə yaradır. Tiryək becərilməsinin tamamilə ləğvi, alternativ qazanc sahələri, hüquq mühafizə, qarşısının alınması, müalicə, reabilitasiya və ictimai məlumatlandırma səyləri bu ortaq çağırışla mübarizə məqsədilə ümumi və ortaq məsuliyyət prinsiplərinə əsaslanan və narkotik maddələrə dair beynəlxalq konvensiyalarla uyğun olan hərtərəfli və birgə strategiyanın bir hissəsi kimi tələb olunur. alternativ qazanc sahələri və ictimai məlumatlandırma səyləri tələb edir.

Biz 9-10 oktyabr 2017-ci il tarixində narkotik maddələrlə mübarizə probleminin müzakirəsi və narkotik maddələrlə mübarizəyə dair regional strategiya layihəsinin hazırlanması məqsədilə Kabulda keçirilmiş Regional Konfransı qeyd edirik. Biz həmçinin 16-17 noyabr 2017-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində UNODC tərəfindən keçirilmiş “Regional və beynəlxalq tərəfdaşlar arasında Əfqanıstanın Alternativ İnkişaf Təşəbbüslərinin təşviq edilməsi”nə dair Yüksək səviyyəli Beynəlxalq Konfransı qiymətləndiririk. Biz məhsula nəzarət, narkotik maddələrinin ticarətinin və prekursorların alveri istiqamətində hərtərəfli strategiyalar çərçivəsində təşviq edilməli alternativ inkişaf tədbirlərini dəstəkləyirik. Əfqanıstan və Asiyanın Qəlbi regionunda və dünyada narkotik maddələr probleminin həll edilməsi baxımından hərtərəfli yanaşmanın tətbiq edilməsinin vacib olduğuna inanırıq. Biz Əfqanıstanda, Asiyanın Qəlbi regionunda və dünyada qeyri-qanuni narkotik vasitələrdən əldə edilən gəlirlə terror təşkilatlarına maliyyə dəstəyi arasında mövcud olan əlaqədən qaynaqlanan ciddi problemlərə reaksiya verilməsinə ciddi ehtiyac olduğunu vurğulayırıq. Biz 2009-cu ilin Siyasi Bəyannaməsi və Fəaliyyət Planının, Narkotik maddələr üzrə Komissiyanın 2014-cü il Nazirlər Bəyanatının və 2016-ci ilin aprelində keçirilmiş “Dünya narkotik maddələr probleminə qarşı effektiv mübarizəyə dair Birgə Öhdəliyimiz” başlıqlı BMT Baş Assambleyasının 13-cü Xüsusi sessiyasının sənədinin icrası üzrə səylərin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayırıq.

Qaçqınlar və geri qayıdanlar

Biz region və onun hüdudlarından kənardakı ölkələrin artıq 4-cü onillikdir ki milyonlarla əfqan qaçqınını qəbul etməsini və hər növ dəstək göstərməsini təqdir edirik. Biz xüsusilə qonşu İran və Pakistanın uzun zaman müddətində əfqan qaçqınlarını qəbul etməsini qeyd edirik və qaçqınların vətənlərinə könüllü, təhlükəsiz və şərəfli geri qayıdışı üçün əlverişli şəraitin yaradılmasına çağırırıq. Qaçqınların rifahı və insan hüquqlarına hörmətlə yanaşaraq, beynəlxalq cəmiyyəti onların şərəfli geri dönüşü və dayanıqlı yenidən məskunlaşması məqsədilə gənclik, təhsil və yaşayış şəraitinin təmininə yönəlmiş dəstək və hərtərəfli yardım göstərməyə dəvət edirik. Beynəlxalq cəmiyyət həmçinin qəbul edən dövlətlərdə əfqan qaçqınlarının zəruri yaşayış tələbatlarının qarşılanmasında qəbul edən cəmiyyətlərə də yardımı davam etdirməlidir.

22. Biz Həll Strategiyasının vacib addımları kimi İran və Əfqanıstandan əfqan qaçqınlarının könüllü geri qayıtması üzrə Əfqanıstan-Pakistan-UNCHR (BMT-nin Qaçqınlar üzrə ali komissarlığı) və Əfqanıstan-İran-UNCHR Üçtərəfli Komissiyalarının fəaliyyətini qeyd edirik və bu kritik zaman aralığında əfqan qaçqınlarının vəziyyətinə beynəlxalq cəmiyyətin diqqətini yenidən cəlb edən UNCHR Yüksək səviyyəli İcraçı Komitənin Yekun Bəyanatını dəstəkləyirik. Biz donorları repatriasiya qrantlarının dəstəklənməsi məqsədilə UNCHR-a ianələr etməyə dəvət edirik.

Beynəlxalq cəmiyyətin rolu

Biz Əfqanıstan Hökuməti və xalqını dəstəklədiyinə görə beynəlxalq cəmiyyətin sadiqliyini yüksək qiymətləndiririk və Əfqanıstanda sülh, sabitlik və tərəqqiyə nail olunması istiqamətində bu səpkidə olan dəstəyin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayırıq. Biz Əfqanıstana yardımın davam etdirilməsini təqdir edirik. Ötən il keçirilmiş Brüssel Konfransında 100-dən çox dövlət və beynəlxalq təşkilatlar tərəfindən inkişaf yardımına sadiqliyi təqdir edirik.
Biz beynəlxalq cəmiyyəti Asiyanın qəlbi regionu daxilində ifrastruktur uzlaşması və iqtisadi əlaqələrə əsaslanan təhlükəsiz, sabit və çiçəklənən Əfqanıstan naminə beynəlxalq və regional əməkdaşlığın daha da gücləndirilməsinə çağırırıq.

Biz İslam ölkələrinin təmsilçiliyi ilə Əfqanıstanda sülh və təhlükəsizliyə dair Beynəlxalq Üləma Konfransının keçirilməsi istiqamətində İƏT və Əfqanıstanın davam edən səylərini yüksək qiymətləndiririk və əldə ediləcək müsbət nəticənin Əfqanıstanda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına töhfə verəcəyinə ümidvarıq. Biz həmçinin Kabulda İslam Universitetinin təsis edilməsinə dair İslam Əməkdaşlıq Təşkilatının 44-cü Xarici İşlər Nazirləri Şurasının 3/44 saylı Qətnaməsinin təklifini qiymətləndiririk və İƏT Baş katibinin İBD, İSF və digər maraqlı potensial donor dövlətlərinin əfqan rəsmiləri ilə bu layihənin hüquqi, praktiki və maliyyə aspektlərini məsləhətləşmək məqsədilə Kabula göndərilməsini alqışlayırıq. Bu Universitetin təsisi Əfqanistanda təhsilin, deradikallaşmanın və sülh quruculuğunun təşviqinə töfhə verəcək.

Biz Asiyanın qəlbi regionunda münaqişələrin qarşısının alınması, sülh danışıqları və münaqişə sonrası proseslərdə qadınların roluna dair BMT Təhlükəsizlik Şurasının 1325 (2000) saylı qətnaməsi və sonrakı qətnamələrinin əhəmiyyətini vurğulayırıq.

Regional təşkilatlar

Biz Asiyanın qəlbi ölkələrinin müxtəlif birləşmələrini əhatə edən regional təşkilatların əhəmiyyətli rolunu qeyd edirik. Xüsusilə, İslam Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad qurucu Tədbirlər Konfransı, , Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi İttifaqı, Avrasiya İqtisadi Cəmiyyəti, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatı üzrə Xüsusi Proqramı və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının regionda genişləndirilmiş təhlükəsizlik və iqtisadi inkişaf istiqamətində əməkdaşlıqda əhəmiyyətli rolunu diqqətə çatdırırıq.

Biz Əfqanıstanın üzvü olduğu regional təşkilatlarda fəal iştirakını təqdir edirik. Biz həmçinin Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsini və Əfqanıstan və İranın bu təşkilatın tamhüquqlu üzvlüyə dair rəsmi müraciətini yüksək qiymətləndiririk. Bu baxımdan, 11 oktyabr 2017-ci il tarixində Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı-Əfqanıstan Əlaqələndirici Qrupunun uğurlu iclasını qeyd edirik.

Asiyanın Qəlbi-İstanbul Prosesinin digər regional təşkilatlarla münasibətlərinin gücləndirilməsi, həmçinin və daha yaxşı əməkdaşlıq çərçivəsinin inkişaf etdirilməsi üçün araşdırma və tədqiqatların aparılması, Prosesin Yüksək vəzifəli şəxslərinin Görüşü üçün tövsiyələrin təqdim edilməsinə dair Asiyanın ürəyi-İstanbul Prosesinin 2016-cı ilin İllik Hesabatının tövsiyələrini alqışlayırıq.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA