Azərbaycan üçün “Böyük İpək Yolu”nun əhəmiyyəti - III HİSSƏ

Azərbaycan üçün “Böyük İpək Yolu”nun əhəmiyyəti - III HİSSƏ

(Əvvəlli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycan_ucun_boyuk_ipek_yolunun_ehemiyyeti_-_ii_hiss)

Azərbaycanın bir dövlət olaraq beynəlxalq miqyasda strateji mövqelərinin güclənməsi baxımından Böyük İpək Yolu”nun bərpasına dair tarixi-hüquqi sənəd, “Böyük İpək Yolu”nun bərpasına dair Bakı konfransının çağırılmasına dünyanın aparıcı dövlətləri, xüsusilə ABŞ böyük hazırlıq işləri görmüşdü. Bu baxımdan, 1998-ci il iyunun 23-də ABŞ senatının xarici əlaqələr komitəsi tərəfindən senator Sem Braunbeqin təklif etdiyi “İpək Yolu strategiyası haqqında akt” adlı qanun layihəsinin müzakirə edilib qəbul olunması strateji əhəmiyyət daşıyır. Aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə region ölkələri və böyük dövlətlər tərəfindən 1998-ci il sentyabr ayında Bakıda “Böyük İpək Yolu”nun bərpa edilməsinə dair beynələxalq konfransın keçirilməsi qərara alınmışdır.

Sülh və Barışıq Səyləri

Əfqanıstan Hökumətinin sülh prosesinə qoşulmaqda maraqlı olan tərəf və qruplarla sülh danışıqları vasitəsilə münaqişənin sülh yolu ilə siyasi yolla həllinə nail olunması istiqamətindəki səylərini təqdir edirik. Biz 2016-cı ilin sentyabrında Hizb-e-İslami Gulbiddin Hekmatyar ilə əldə edilmiş sülh razılaşmasını və bu razılaşmanın yerinə yetirilməsini alqışlayırıq. Biz bu razılaşmanın Əfqanıstanda zorakılığın azalmasına yol açacağına və digər silahlı qruplaşmalarla gələcək sülh danışıqları üçün presedent yaracağına ümid edirik. fqanıstanda davamlı sülh baxımından siyasi danışıqlar yolu ilə həllin vacib olaraq qaldığını qeyd edirik. Biz Əfqanıstan Hökumətinin əfqanlar tərəfindən rəhbərlik edilən və əfqanların təşəbbüskarı olduğu sülh prosesində göstərdiyi səylərə dəstəyimizi bir daha ifadə edirik. Bu xüsusda, biz Amritsarda keçirilmiş VI Nazirlər Konfransından keçən müddət ərzində Asiyanın qəlbi ölkələri tərəfindən Əfqanıstana sülh və sabitlik gətirməsi məqsədi daşıyan Kabul Prosesi Konfransı, Moskva Görüşləri və Dördtərəfli Əlaqələndirmə Qruplarının işini və digər regional təşəbbüslərin təqdir edirik. Əfqan Taliban qruplarını Əfqanıstan Hökuməti ilə sülh danışıqlarına başlamağa çağırırıq. Bu prosesdə qonşu dövlətlər və regional tərəfdaşların töhfələrinin əhəmiyyətini qeyd edərək, Taliban üzərində təzyiq və təsir imkanları olan region və regionun hüdudlarından kənarda bütün dövlətləri bu təzyiq və təsir imkanlarından istifadə edərək, Əfqanıstandakı münaqişəyə sülh yolu ilə daimi siyasi həll tapılması məqsədilə Əfqanıstanın rəhbərliyi ilə Talibanın danışıqlar masasına gətirilməsinə çağırırıq.

Regional İqtisadi Əməkdaşlıq

Əfqanıstanın Asiyanın Qəlbi regionunda regional uzlaşma və iqtisadi inteqrasiyanın təşviqində təbii torpaq/quru körpü rolunu qeyd edirik və biz regional iqtisadi əməkdaşlığı daha da genişləndirmək məqsədilə Əfqanıstanın öz coğrafi yerləşməsindən faydalanma səylərinə qəti dəstəyimizi bir daha bəyan edirik. Biz iqtisadi inkişafın Əfqanıstanda, regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyini və regional iqtisadi inteqrasiyanı genişləndirəcəyini vurğulayırıq. Bu xüsusda, TAPI və CASA 1000 layihələrinin praktiki icrasını; TAP 500-KV layihəsinə dair davam edən müzakirələri; Herat-Xaf dəmiryolu segmentinin 4-cü fazası da daxil olmaqla, 5 Dövlət Dəmiryolu layihəsində əldə edilmiş irəliləyişlər; Türkmənistan, Əfqanıstan və Tacikistanı birləşdirən TAT layihəsinin ilkin mərhələsi olan İmamnazar (Türkmənistan) və Aqina (Əfqanıstan) arasında Asiya Beynəlxalq Dəmiryol Dəhlizinin birinci mərhələsinin, həmçinin Mazar-Əl-Şərif-Hairatan Dəmiryolu və Surxon-Pule Xumri elektrik xəttinin tamamlanmasını təqdir edirik. Biz Əfqanıstan və Hindistan arasında hava yükdaşıma dəhlizi və Çin Xalq Respublikası ilə Əfqanıstan İslam Respublikası Hökumətləri arasında İqtisadi İpək Yolunun Birgə qurulması və 21-ci əsr Dəniz İpək Yolunun qurulmasına dair Qarşılıqlı Anlaşma Memorandumunu, həmçinin Sərhətabad-Torghondi dəmiryolunun inşasına başlanılmasını alqışlayırıq. Əfqanıstan və regionu dəniz limanlarına birləşdirəcək infrastrukturun inkişafını hədəfləməklə, Asiyanın qəlbi regionu çərçivəsində əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin yaradılmasına region dövlətlərinin davamlı sadiqliyini dəstəkləyirik. Biz həmçinin Əfqanıstan, İran və Hindistan tərəfindən atılan əhəmiyyətli addımlar və Çabahar vasitəsilə dənizə çıxışa əsaslanan nəqliyyat və tranzit razılaşmalarının fəaliyyətə başlamasını qeyd edirik. Biz region və regionun hüdudlarından kənardakı bazarlara Əfqanıstanın dəniz-quru çıxışının təmin olunmasının əhəmiyyətini qeyd edirik. Bu kontekstdə, Lapis Lazuli müqaviləsinin imzalanmasını təqdir edirik və vaxtında icrasını, həmçinin Əfqanıstana aidiyyəti olan Kəmər və Yol Təşəbbüsü çərçivəsində davam edən işləri dəstəkləyirik. Bu layihələrin icrasından sonra sözügedən dəhlizlər Əfqanıstan və daha geniş regionun regional və qlobal bazarlarına əlavə və etibarlı çıxışı təmin edəcək. Region boyunca əmtəələrin dövriyyəsinin surətinin ən yüksək həddə çatdırılmasının zəruriliyini vurğulayır və bu kontekstdə, ticarət və tranzitdə qeyri-tarif maneələrinin aradan qaldırılması, ikitərəfli və çoxtərəfli regional tranzit-ticarət çərçivə sazişlərinin təsisi və icrası sahəsində daha sıx əməkdaşlıq etmək barəsində razılığa gəlirik. Bu xüsusda, biz quru yol vasitəsilə Cənubi Asiya və Mərkəzi Asiya vasitəsilə şimal və cənub istiqaməti ilə bağlı olan mövcud ikitərəfli ticarət və tranzit razılaşmalarının genişləndirilməsi yolu ilə inteqrasiyaya olan zərurəti vurğulayırıq.

36. Asiyanın qəlbi regionunda iqtisadi artım və gəlir əldə edilməsi məqsədilə kiçik və orta ölçülü müəssisələrin rolunun əhəmiyyətini qeyd edirik və qadın sahibkarlığı da daxil olmaqla, kiçik və orta ölçülü müəssisələrin yüksəlişinin gücləndirilməsi və onların sərhəd boyunca digər ölkələrə genişlənməsi istiqamətində tədbirlər görməyə sadiqliyimizi ifadə edirik. Biz xüsusilə qadın sahibkarlar üçün kiçik və orta ölçülü müəssisələrin bazara çıxış əldə etmə imkanının təminin əhəmiyyətini vurğulayırıq. Əfqanıstan və regionda iqtisadi əməkdaşlığın təşviqi baxımından RECCA-nın regional platforma kimi əhəmiyyətini qeyd edirik. Bu xüsusda, biz 14-15 noyabr 2017-ci il tarixində Aşqabadda keçirilmiş Əfqanıstan üzrə VII Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA VII) uğuru yekununu və bu konfransa ev sahibliyi edilməsində Türkmənistanın xüsusi rolunu təqdir edirik. Biz RECCA VII-nın Bəyannaməsində də əks olunduğu kimi, enerji, tranzit şəbəkələri, ticarət və tranzit, kommunikasiya, B2B və əmək dəstəyi sahəsində prioritet regional layihələr üzrə qərarların yerinə yetirilməsinə dəstəyimizi bir daha bəyan edirik.

Etimad qurucu tədbirlər

Asiyanın Qəlbi-İstanbul Prosesi çərçivəsində müəyyən edilmiş 6 etimad qurucu tədbirlərin icrasının təşviqinə kollektiv dəstəyimizi bir daha bəyan edərək, 2016-ci ilin dekabr ayında Amritsarda baş tutmuş görüşümüzdən keçən müddət ərzində müxtəlif etimad qurucu tədbirlər çərçivəsində bir sıra işlərin görülməsindən məmnunluğumuzu ifadə edirik. Etimad Qurucu Tədbirlərin effektiv icrasına kömək edəcək sahəvi nazirliklərdən texniki əlaqələndiricilərin təyin edilməsinə dair Əfqanıstanın təşəbbüsünü təqdir edirik. Etimad Qurucu Tədbirlər çərçivəsində digər işlərin icrasının izlənilməsi məqsədilə İran, Türkmənistan, Hindistan, Azərbaycan və Türkiyənin təşkilatçılığı ilə müvafiq olaraq mart, aprel, avqust və noyabr aylarında Regional Texniki Qrupun görüşlərini yüksək qiymətləndiririk. Biz Etimad Qurucu Tədbirlərin aparıcı ölkələrini Asiyanın Qəlbi-İstanbul Prosesi Nazirlər Konfransının Pekin (2014) və İslamabad (2015) Bəyannamələrində qərara alındığı kimi, Regional Texniki Qrup Görüşlərinin müntəzəm əsasda keçirilməsini xahiş edirik. Biz həmçinin Etimad Qurucu Tədbirlər çərçivəsində üzv olduğu hissələr üzrə prioritetləşdirilmiş işlərin icrası məqsədilə iştirakçı və dəstəyici dövlətləri yaxından əməkdaşlıq etməyə çağırırıq. Biz xüsusilə aparıcı dövlətləri dəstəkləyici dövlət və təşkilatların yardımı ilə hər bir Etimad Qurucu Tədbir altında prioritetləşdirilmiş işlərin icrasına çağırırıq. Beynəlxalq ictimaiyyətin Asiyanın Qəlbi-İstanbul Prosesinə dəyərli dəstəyini qiymətləndiririk. Bu kontekstdə, Etimad Qurucu Tədbirin hər bir sahəsi üzrə prioritetləşdirilmiş işlərin icrasının reallaşdırılması məqsədilə dəstəkliyici dövlət və təşkilatların davamlı töhfələrini gözləyirik. Asiyanın Qəlbi-İstanbul Prosesinin 2016-cı il üzrə İllik Hesabatını təqdir edirik. Biz iştirakçı dövlətləri və dəstəkləyiciləri Etimad Qurucu Tədbirlərin daha effektiv icrası istiqamətində təklif etdiyi tövsiyələri nəzərə almağa çağırırıq. Biz həmçinin 2016 İllik Hesabatının Etimad Qurucu Tədbirlərdə təhsilə mədəniyyətin daxil edilməsi barəsində tövsiyəsini alqışlayırıq və bu sahənin bundan sonra Etimad Qurucu Tədbirləri “Mədəniyyət və Təhsil” hissəsi adlandırılmasını qərara aldıq. Əfqanıstan və Asiyanın Qəlbi regionunun iqtisadi inkişafında kənd təsərrüfatı sahəsinin əhəmiyyətli rolunu qeyd edərək, biz 2018-ci ilin ilk yarısında keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Rəsmilərin Görüşündə müzakirə və razılaşdırılması məqsədilə Etimad qurucu Tədbirlər çərçivəsində kənd təsərrüfatı üzrə icra planının inkişaf etdirilməsi məqsədilə həmsədrlərə həvalə edirik.

Nəticələr

Biz bu Konfransın ilk üç ayı ərzində Yüksək Vəzifəli Rəsmiləri bu Prosesin 2018-ci il üçün ilk Yüksək Vəzifəli Rəsmilərin Görüşünü keçirməyi tapşırırıq və Pekin, İslamabad, Amritsar və Bakı öhdəliklərimizə uyğun olaraq, müxtəlif əhəmiyyətli məsələlər üzrə substantiv müzakirələrə cəlb olunması və Regional Texniki Qruplar tərəfindən təqdim edilmiş planların nəzərdən keçirilməsini tapşırırıq. Asiyanın Qəlbi-İstanbul Prosesinin VII Nazirlər Konfransına ev sahibliyi etdiyinə Azərbaycan Respublikası Hökumətinə səmimi təşəkkürümüzü ifadə edirik. Biz Türkiyə Respublikasının 2018-ci ildə, Tacikistan Respublikasının isə 2019-cü ildə Asiyanın Qəlbi-İstanbul Prosesinin Nazirlər Konfransına ev sahibliyi istəyini təqdir edirik. Bu konfransda qonaq dövlət qismində Özbəkistan, Latviya Respublikası və qonaq təşkilat qismində BMT-nin Narkotik Maddələr və Cinayətkarlıq üzrə Ofisi, BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya Regional Mərkəzi, BMT-nin İnkişaf Proqramı, Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Asiyanın Qəlbi-İstanbul Prosesində iştirakını və Prosesə marağını yüksək qiymətləndiririk. Bu Bəyannamə 2017-ci ilin 1 dekabr tarixində Bakıda Asiyanın Qəlbi-İstanbul Prosesinin iştirakçı dövlətlərinin xarici işləri nazirləri və yüksək səviyyəli nümayəndələri: Əfqanıstan İslam Respublikası, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğız, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT tərəfindən qəbul edilmişdir. Bu Bəyannamə Asiyanın Qəlbi-İstanbul Prosesinin dəstəkləyici dövlətlərinin xarici işlər nazirləri və yüksək səviyyəli nümayəndələri və dəstəkləyici beynəlxalq və regional təşkilatların yüksək vəzifəli nümayəndələri: Avstraliya, Kanada, Misir, Avropa İttifaqı, Finlandiya, Fransa, Almaniya, İraq, İtaliya, Yaponiya, Polşa, Norveç, İspaniya, İsveç və Birləşmiş Krallıq, ABŞ, Ağa Xan İnkişaf Şəbəkəsi, Asiya İnkişaf Bankı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası tərəfindən təqdir edilir və dəstəklənir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA