Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada - FOTO

Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada - FOTO

Azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmadan sonra Moskvadakı "Prezident" oteldə Azərbaycan və Çeçenistan rəsmilərinin görüşü baş tutub.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun köməkçisi Adam Delimxanov, Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Taymazxanov Bekxan, Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov və digərləri iştirak edir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA