Azərbaycan və Ermənistan XİN başçılarının görüş vaxtı açıqlandı

Azərbaycan və Ermənistan XİN başçılarının görüş vaxtı açıqlandı

Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, ertəsi gün, 23 sentyabrda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.