Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri məlum olub - EKSKLÜZİV

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri məlum olub - EKSKLÜZİV

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında növbəti görüş Moskvada keçiriləcək.

Hurriyyet.org xəbər verir ki, bu barədə ONA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Görüş yaxın vaxtlarda keçiriləcək, lakin tarix hələlik tam dəqiqləşməyib.

MDB Xarici işlər nazirləri Şurasının sabah Moskvada keçiriləcək iclasında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilmə ehtimalının olmadığını bildirən mənbə deyib ki, sabahkı toplantıda Ermənistanı XİN başçısının müavini təmsil edəcək.

 

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov bu gün Brüsseldə keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yaxın vaxtlarda Minsk qrupu həmsədri ölkələrindən birinin paytaxtında keçiriləcəyini bildirib.

Nazir deyib ki, bununla bağlı ilkin razılaşma əldə olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA