Azərbaycan və Türk Dövlətləri Əməkdaşlıq Şurası

Azərbaycan və Türk Dövlətləri Əməkdaşlıq Şurası

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, beynəlxalq miqyasda bir sıra uğurlara imza aatmaqda davam edir. Şərq-Qərb münasibətlərində prioritet yanaşım və balanslaşdırılmış siyasət yürütməklə əldə olunan uğurları silsisilə şəklində davam etdirir. Bununla yanaşı, tarixi kökləri, mədəni irsi, dil və coğrafi baxımdan eyni taleyi yaşayan soydaş xalqlarla əməkdaşlıqda isə həm də strateji baxımdan böyük imkanlara sahibdir. Bu, Türk Dövlətləri ilə anlaşılan Zirvə Toplantılarıdır.

Faydalpı əməkdaşlığın strateji əhəmiyyəti

Türk Dövlətləri Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi eyni tarixi köklərə malik olan türk xalqlarının ölkələir arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk kökənli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdır. 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlamışdır.

Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türk Dövlətləri Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilmişdir. Türk Şurasının birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur. Türk Şurasının ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşü mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur. Türk Şurasının üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ şəhərində keçirilmişdir. Zirvə görüşün mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur. Türk Şurasının dördüncü Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında 4-5 iyun 2014-cü il tarixlərində Bodrum şəhərində keçirilmişdir. Türk Şurasının beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Astana şəhərində keçirilmişdir.

Türk Şurasının strukturu, məqsəd və vəzifələri

Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:
1) Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

2) Regionda və dünyada sülhün bərqərar edilməsi;

3) Xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

4) Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

5) Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

6) Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

7) Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

8) Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

9) Kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
10) Hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

Türk Şurasının öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır: Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası, Katiblik. Dövlət Başçıları Şurasının toplantısına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər Türk Şurasına sədrlik edir.

Əlaqəli orqan və təşkilatlar

Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir. TÜRKPA (Türk Dövlətləri Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakıda yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.
Türk Akademiyası 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Astanada yerləşir. Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkek Zirvəsındə imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərəcəkdir. Türk Biznes Şurası 2011-ci ildə təsis edilmişdir. Qurum Türk Şurasına üzv ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

Beynəlxalq əməkdaşlıq

Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.

Azərbaycan - Türk Dövlətləri Əməkdaşlıq Şurası (TDƏŞ) münasibətləri

Türk Dövlətləri Əməkdaşlıq Şurası (Türk Şurası) türk dövlətləri arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın üzv dövlətləridir. 4 təsisçi ölkələrdən biri olan Azərbaycan yarandığı ilk tarixdən etibarən bu təşkilatla sıx əməkdaşlıq edir. ürk Şurasının üçüncü Zirvə Görüşü rotasiya prinsiplərinə uyğun olaraq 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilmişdir. Azərbaycan prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi Zirvə Görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyə prezidenti Abdullah Gül, Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyev iştirak etmişlər. Ana mövzusu “Nəqliyyat və bağlantı” olan Zirvə Görüşü çərçivəsində “Türk Şurasına üzv dövlətlərinin xarici işlər nazirləri arasında əməkdaşlıq Protokolu” imzalanmış, TÜRKSOY təşkilatının 20 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilmişdir. Görüşün sonunda dövlət başçıları tərəfindən “Türk Dövlətləri Əməkdaşlıq Şurasının Üçüncü Zirvə Toplantısının Bəyannaməsi” imzalanmışdır. Bununla yanaşı, Azərbaycan Qəbələ Zirvə Görüşündən sonra növbəti bir il ərzində Təşkilata sədrlik etmişdir. Azərbaycanın sədrliyi dövründə Naxçıvan Sazişində müəyyən edilmiş müxtəlif prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmiş, yeni təkliflər irəli sürülmüşdür.

Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. 2011-ci ildə Astanada keçirilmiş iqtisadiyyat nazirlərinin birinci iclasında investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qərar qəbul edilmiş və bu işçi qruplarının mütəmadi olaraq iclasları keçirilməkdədir. 19 fevral 2014-cü ildə İstanbulda Azərbaycan, Qazaxstan, Qırğızstan və Türkiyə iş adamlarının iştirakı ilə Biznes Forum təşkil edilmişdir. 2014-cü ilin 19-20 iyun tarixlərində İssuk-Kulda TDƏŞ-in iqtisadiyyat üzrə işçi qrupları və iqtisadiyyat nazirlərinin növbəti iclasları keçirilmişdir. TDƏŞ çərçivəsindəki növbəti Biznes Forum 2014-cü ilin oktyabr ayında Naxçıvanda təşkil edilmişdir. Bundan başqa üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir. TDƏŞ-ə üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası 2013-cü ilin iyul ayında Bakıda keçirilmişdir. Üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması istiqamətində səylər davam etməkdədir. Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərinin gündəliyində xüsusi yer tutur. Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması bu istiqamətdə atılmış addımdır. 2013-cü ildə Qəbələdə keçirilmiş üçüncü Zirvə Görüşündə Dövlət Başçıları Şurası türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qruplarının yaradılmasını alqışlamışlar. Üzv dövlətlərin gömrük orqanları rəhbərlərinin birinci görüşü 5 oktyabr 2012-ci ildə Naxçıvanda keçirilmiş, Türk Şurası gömrük orqanları rəhbərlərinin birinci görüşünə dair Bəyannamə imzalanmışdır.

Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərara əsasən turizm üzrə işçi qrupu yaradılmış və 10 dekabr 2013-cü il tarixində qrupun ilk iclası keçirilmişdir. Eyni zamanda 3-5 aprel 2014-cü il tarixlərində 13-cü Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisi çərçivəsində ortaq fotoşəkil sərgisi təşkil edilmişdir. 10-11 aprel 2014-cü il tarixlərində İstanbulda turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ikinci, turizm nazirlərinin isə birinci iclası keçirilmiş, üzv ölkələr arasında “Turizm sahəsində birgə əməkdaşlıq Protokolu” imzalanmışdır. Turizm nazirlərinin ikinci toplantısı 2015-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Ölkəmizin Təşkilata sədrliyi dövründə 22 noyabr 2013-cü il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Eskişehirdə ikinci iclası keçirilmiş, Mövlana mübadilə Proqramının(tələbə mübadiləsi) dəstəklənməsi, Türk Akademiyası tərəfindən birgə tarix dərsliklərinin hazırlanması, texniki və peşə təhsili sahəsində əməkdaşlığa başlanılması, ali və təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Univestitetlər Birliyinin yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA