Azərbaycan Xalq Cəbhəsinin fəalları həbsdə qaldılar

  • 2019-01-31 10:31:38
  • |
  • Ölkə /

Azərbaycan Xalq Cəbhəsinin fəalları həbsdə qaldılar

Yanvarın 19-da müxalifətin mitinqi zamanı həbs olunan AXCP fəalları həbsdə qalıblar.

Hurriyyet.org-un virtualaz.org-un məlumatına görə, Apellyasiya Məhkəməsi saxlanılan Saqif Qurbanov, Nicat Abdullazadə, Ayaz Məhərrəmli, Paşa Umudov, Namiq Abbasəliyev, Nicat Nizamov və Ramid Nağıyevin şikayətlərini nəzərdən keçirib.

Apellyasiya Məhkəməsi şikayətləri rədd edib və AXCP fəalları həbsdə qalıblar.

Xatırladaq ki, yanvarın 19-da "Məhsul" stadionunda müxalifət, həbs edilmiş bloger Mehman Hüseynovun müdafiəsinə həsr olunmuş mitinq keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, mitinqdə 2800 nəfər iştirak edib. İctimai asayişin pozulmasına görə Xalq Cəbhəsi, Müsavat və digər partiyaların bir neçə üzvü saxlanılıb və barələrində 30 sutkaya qədər inzibati həbs cəzası tətbiq ediıib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA