Azərbaycana 22 ədəd buynuz qişa gətirildi - FOTOLAR


Azərbaycana 22 ədəd buynuz qişa gətirildi - FOTOLAR

Azərbaycana növbəti dəfə daha 22 buynuz qişa orqanı gətirilərək, görməsi pozulmuş xəstələrə transplantasiya olunub.

3 gün MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.

İlk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.

Hətta ilk dəfə regionlarda – akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.

Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.\\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA