Azərbaycanda ağır qəza: Nişana gedən bacı-qardaş öldü

Azərbaycanda ağır qəza: Nişana gedən bacı-qardaş öldü

Sabirabadda ağır yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Bakı-Horadiz magistral yolunun rayonun Qalağayınkəndi ərazisindən keçən ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin idarəetməsinin itməsi nəticəsində maşın yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Usubov Vüqar İsmət oğlu və onun bacısı, 1997-ci il təvəllüdlü Usubova Nuridə İsmət qızı hadisə yerində dünyasını dəyişib.

Qəzada xəsarət alan, 2003-cü il təvəllüdlü Usbov Əmirağa İsmət oğlu və digər bir nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, avtomobildə olan bir ailənin üzvləri nişana gedirmişlər.

Faktla bağlı araşdırma aparılır. \\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA