Azərbaycanda belə bərbad məktəb var - Təhsil Nazirliyinə ittihamlar - FOTO

  • 2019-03-21 15:16:06
  • |
  • Ölkə /

Azərbaycanda belə bərbad məktəb var - Təhsil Nazirliyinə ittihamlar - FOTO

Təhsil eksperti Kamran Əsədov Neftçala rayonunda yerləşən uçub-tökülmüş orta məktəbin fotosunu paylaşıb və oranı Suriyaya bənzədib. Hurriyyet.org Bakupost-a istinadən xəbər verir ki, cəmiyyətimizə minlərlə ziyalı bəxş edən həmin orta məktəbin təmir edilməməsi üçün Təhsil Nazirliyini qınayıb:

"Yox, bu Suriya deyil. Bura Neftçala rayon Xıllı qəsəbə 1 saylı orta məktəbidir. Mənim məzunu olduğum, minlərlə yüksək səviyyədə şagird hazırlayan və ötən il olimpiada qalibi yetişdirən məktəb.

O qonaqlıqlara, media turlara sərf etdiyiniz, ödədiyiniz pulun bir qismini versəz, bu məktəbi yüksək səviyyədə təmir etmək olar.

Qonaqlıq təşkil edib hesab ödəmək fəaliyyət deyil, o pula belə məktəbləri təmir etmək fəaliyyətdir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA