Azərbaycanda bu cərimə ləğv edilə bilər - Sürücülərə ŞAD XƏBƏR

Azərbaycanda bu cərimə ləğv edilə bilər - Sürücülərə ŞAD XƏBƏR

Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

Hurriyyet.org avtosfer-a istinadən xəbər verir ki, Azərbaycandan çıxarılan avtomobillərin 2 il müddətində geri gətirilməməsi ilə bağlı avtomobilin dəyərinin 50-100 faiz arasında tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib. O bildirib ki, Gömrük Komitəsi bu cərimənin aradan qaldırılması ilə bağlı humanistlik göstərərək müzakirələr aparır. İnzibati Xətalar Məcəlləsində bu qaydanın ləğvi ilə əlaqədar komitə tərəfindən müraciət olunub. Cari ildə bu məsələnin öz həllini tapması gözlənilir. Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA