Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə SİYAHI

Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə SİYAHI

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 28 min 40 baş eşşək mövcud olub.

Hurriyyet.org-un məlumatına görə, Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 2 minə yaxın azalıb. Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Təkcə son 5 ildə ölkədəki eşşəklərin sayı 30% və ya 12 min baş azalıb. Azalma tempi bu cür davam edərsə yaxın 10 il ərzində ölkədə eşşəklərin kökü kəsilə bilər.
Məlumat üçün bildirək ki, son 10 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:

İllər Eşşəklərin sayı
2008-ci il 47,2 min
2009-cu il 46,4 min
2010-cu il 46,0 min
2011-ci il 46,1 min
2012-ci il 45,9 min
2013-ci il 44,3 min
2014-cü il 43,4 min
2015-ci il 40,0 min
2016-cı il 35,8 min
2017-ci il 34,1 min
2018-ci il 30,9 min
2019-cu il 28,0 min

Onu da bildirək ki, son məlumatlara görə, ən çox eşşəyin olduğu rayon Tovuz rayonu olub - 2421 baş.
Ən az eşşəyin olduğu rayon isə Ucar olub - 1 baş.
Digər şəhər və rayonlarda isə eşşəklərin sayı belə olub.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı:

ŞƏHƏR VƏ RAYONLAR EŞŞƏKLƏRİN SAYI
Bakı şəhəri 8
Xızı rayonu 88
Abşeron rayonu 39
Sumqayıt -
Gəncə şəhəri -
Qazax rayonu 1872
Ağstafa rayonu 1798
Tovuz rayonu 2421
Şəmkir rayonu 1766
Gədəbəy rayonu 463
Daşkəsən rayonu 292
Samux rayonu 976
Göygöl rayonu 320
Goranboy rayonu 612
Naftalan şəhəri 4
Zaqatala rayonu 11
Qax rayonu 30
Şəki şəhəri 1002
Oğuz rayonu 219
Qəbələ rayonu 92
Astara rayonu 412
Lənkəran şəhəri 33
Lerik rayonu 1622
Yardımlı rayonu 1286
Masallı rayonu 19
Cəlilabad rayonu 787
Qusar rayonu 107
Xaçmaz rayonu 836
Quba rayonu 1134
Şabran rayonu 342
Siyəzən rayonu 237
Göyçay rayonu 6
Beyləqan rayonu 167
Ağcabədi rayonu 197
Bərdə rayonu 126
Neftçala rayonu 106
Biləsuvar rayonu -
Salyan rayonu 202
Yevlax şəhəri 82
Mingəçevir şəhəri -
Ağdaş rayonu 83
Ucar rayonu 1
Zərdab rayonu 44
Kürdəmir rayonu 84
İmişli rayonu 8
Saatlı rayonu 43
Sabirabad rayonu 1535
Hacıqabul rayonu 380
Şirvan şəhəri 5
Cəbrayıl rayonu 11
Füzuli rayonu 281
Ağdam rayonu 257
Tərtər rayonu 160
Xocavənd rayonu 5
Laçın rayonu 157
Qobustan rayonu 206
İsmayıllı rayonu 263
Ağsu rayonu 171
Şamaxı rayonu 350
Naxçıvan şəhəri 102
Şərur rayonu 812
Babək rayonu 493
Ordubad rayonu 509
Culfa rayonu 272
Kəngərli rayonu 417
Şahbuz rayonu 1608
Sədərək rayonu 69
Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA