Azərbaycanda dəhşətli olay - 3 nəfər öldü - ADLAR

Azərbaycanda dəhşətli olay - 3 nəfər öldü - ADLAR

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində​ dəhşətli yol qəzası baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, magistralın 96-cı kilometrliyində “Mercedes Vito” markalı, 99 DV 332 dövlət nömrə nişanlı mikroavtobus sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 5 nəfərdən 3-ü hadisə yerində ölüb.

Ölənlərin 3-ü də qadındır. Onlar 1958-ci il təvəllüdlü Dəmirova Pircəxanım Eynulla qızı, 1978-ci il təvəllüdlü Həşimova Elnarə Hüseynağa qızı və 1966-cı ildə anadan olmuş Əli Elmira Ağasəf qızıdır.

Sürücü Dəmirov Vəli Baxış oğlu ilə, 2003-cü il təvəllüdlü sərnişin Qəyyum Həşimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA