Azərbaycanda evlənmək istəyənlərin dəhşətli xəstəlikləri üzə çıxdı

Azərbaycanda evlənmək istəyənlərin dəhşətli xəstəlikləri üzə çıxdı

2019-cu ilin mart ayında nikaha daxil olmaq istəyən 9965 nəfər qan müayinəsinə cəlb olunub.

Hurriyyet.org xəbər verir ki, bu barədə modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva qeyd edib ki, 247 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:

“Həmçinin 9 nəfərdə HİV, 9 nəfərdə sifilis qeydə alınıb”.

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 529915 nəfərdə qan müayinəsi aparılıb:

“18963 cütlükdən birində talassemiya daşıyıcılığı, 199 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1746 nəfərdə sifilis, 472 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA