Azərbaycanda “FƏTOŞ” çetesi hələ də iş başındadır - Ölkəmizdə “FETÖ” örgütünün KİV-dəki uzantıları

Azərbaycanda “FƏTOŞ” çetesi hələ də iş başındadır - Ölkəmizdə “FETÖ” örgütünün KİV-dəki uzantıları

XXI yüzilin standartlarından biri də son 4 il ərzində ilk dəfə olaraq “kürəsəl” (qlobal) siyasətin yanında yer alan güclərin iflasa uğramasıdır. Çünki bu hədəflərdə yer alanlar qəddar və vəhşi qanunlar çərçivəsində sömürgə siyasəti yürüdürdülər. Harada kürəsəl siyasət var idisə, orada qan, rəzalət, iş savaşlar, ideoloji baxımdan qəddarlıq hökm sürürdü. Əfqanıstanda “Taliban”, Pakistanda “Əl Qaidə”nin müsəlman ölkələrində apardığı dəhşət saçan siyasəti, İraq, Suriya, Fələstin, Oman, Yəmən və digər ölkələrdə yaşanılan vətəndaş savaşları, kürəsəlçilərin gücləri yetməyən yerlərdə tükənməyən terror eyləmləri bunun örnəyidir. Türkiyə, Balkanlar, Krım, Qafqaz və Orta Asiyada ideoloji baxımdan rəzalətin başında “Fətoş” ayaması ilə bilinən Fətullah Gülən dururdu. Bu gün yandaşı olduğu kürəsəlçilərlə birgə iflasa uğrasa da, mövqelərini qorumaq üçün cildini gizlədərək fürsət gözləyir. Azərbaycanda da bu çetenin çox onun dərin uzantıları vardır.

Azərbaycanda “FETÖ” örgütünün KİV-dəki uzantıları

1999-cu ildə Türkiyədə hakimiyyətdə olan CHP-li (Cümhuriyet Halk Partisi) deputatların təşəbbüsü ilə Fətullah Gülənə qarşı cinayət işi açıldı. Onun Türkiyədə din pərdəsi altında gerizəkalı “xilafət dövləti” qurmaq və özünü bütün dünya müsəlmanlarının xəlifəsi elan etmək kimi planları var idi. Bütün bunları “Rifah Partiyası” ilə (indiki AKP) birlikdə həyata keçirəcəkdi. Türkiyənin bir dövlər olaraq qurucusu Mustafa Kamal Atatürkün varisi sayılan CHP-nin təpkiləri sonucunda cinayətkar kürəsəlçi dəstəkçilərin himayəsində olmaqla FƏTOŞ ABŞ-ın Pensilvaniya ştatına qaçdı. Azərbaycanda bu dönəmlərdə isə “AZ.TV”də 25 iyun 2007-ci il tarixində Məmməd Aslanın müəllifi olduğu “Dərədən təpəyə” verilişində ona həsr olunmuş xüsusi veriliş həsr olunmuşdu (mənbə: https://fgulen.com/az/fethullah-gulenin-heyati/ismariclari/diger-sehifeler/22041-fethullah-gulene-hesr-olunmus-dereden-tepeden-verilisinden-goruntuler). 2015-ci ilə kimi faktiki olaraq “AZ.TV”də keçmiş sədr Arif Alışanov Məmməd Aslanın himayədarı kimi tanınırdı. Ona görə də açıq və ya qapalı şəkildə “Fətullah Gülən çetesi” istədiyi kimi dövlət televiziyasında “at oynada” bilirdi. O da bəllidir ki, “FETÖ örgütü” istədiyi kadrın əvəzedicisini də xüsusi şəkildə hazırlayır. İndi görəsən “AZ.TV”də bu örgütün yeni ayağı və imamı kimdir? Bakıda Azərbaycan dilində Mehmet Gündəmin “Fətullah Gülənlə 11 gün” kitabı dərc olunmuşdu. İndi bu kitab gizli “fetoşçular”ın evlərindəki kitab rəflərinin təpəsində sayğı ilə yer alıb. Bizim dildə fəaliyyət göstərən və “FETÖ” örgütünün ideoloji tribunaları “fgulen.com/az/” internet saytı, “ırmak.tv” internet tv kanalı təbliğatlarını elə indi də davam etdirir. Bundan əlavə, fərqli adlar adı altında bir sıra mətbəələr fəaliyyətini davam etdirirlər. Onlar bəzi qəzetləri, kitab nəşr etdirmək istəyənləri daha ucuz qiymətə həvəsləndirərək dolayı yolla varlıqlarını qorumağa çalışırlar. “FETÖ”nun əsas tribunası sayılan keçmiş “zaman”çılar bu sahədə öndə gedirlər. Buna örnək kimi “Azermedia MMC”nin təsis etdiyi “Yeni Avaz” qəzetini göstərmək olar. MMC-nin və qəzetin təsisçisi vaxtilə “Zaman-Azərbaycan” qəzetinin həmtəsisçilərindən biri olan Azər Qaraxançallıdır. “Zaman-Azərbaycan” qəzetinin kollektivi bu dəfə “Yeni Avaz”da bir araya gəliblər. Rahib Alpanlı, Səməd Məlikzadə, Nazim Mustafayev, Maarif Məmmədov (psixoloq), Esmira Hidayətova, Əli Çərkəzoğlu (ilahiyyatçı), Allahverdi Aydın, Niman Məmmədli, Aysel Selcan, Kəmalə Abdurahmanova, Anar Qaraxançallı, Nicat İntiqam, Ürfan Məmmədli və digərlərinin adlarını sadalamaq olar. Bundan əlavə, nurçuların nəzarətində olan “Ailəm” dərgisi, “oxu.az” və digər mətbu resurslar mövcuddur.

“Səssiz işğal” hədəfləri və “FETÖ” çeteləri

Terrorbaşı Fətullah Gülən 30-40 il öncə bu ifadəni tez-tez işlətməyi çox sevərdi: “25 yıl miyve beklemeyin, sabrlı olun. Türkiyenin ardından Azerbaycan bizim olacak. Bunun için önce paralel devlet düzenini tamamlamalıyız” (mənbə: http://mynet.com/azerbaycanin-isgali-3102398-myvideo). Bakı, Naxçıvan, Sumqayıt, Mingəçevir, Lənkəran, Ağdaş, Quba, Şəki, Ordubad və Abşeronda Fətullah Gülənə bağlı təhsil mərkəzləri ötən 20 il ərzində çox sayda kadrlar yetişdirib. Bundan əlavə, Tibb Universiteti, sabiq Qafqaz Universiteti, Neft Akademiyası, Texniki Universitet, Bakı Dövlət Universiteti (ilahiyyat fakültəsi), Neft və Sənaye Universiteti (burada SOCAR-a bağlı FETÖ çetesinə bağlı təhsil strategeiyası üzrə kadrlar hazırlanır) kimi təhsil ocaqlarında “web – hörümçək toru” adlı xüsusi xidmət şəbəkəsi mövcud olub (mənbə: http://batio.meb.k12.tr). Əsas məqsəd addım-addım “camaat birliyi” strukturunu formalaşdırmaqdan ibarətdir. Çünki, belə bir struktur olan yerdə “məcburi” şəkildə üzvlərin aylıq gəlirlərindən ianələr toplmaq asan başa gəlir. Hətta elə üzvlər var ki, iri həcmli projeləri maliyyələşdirməkdə xəsislik etmirlər. Açıq demək gərəkdir ki, Azərbaycanın bu gün qida sənayesi sektorunda “nurçular”ın, “Fətullah Gülən camaatı”nın çəkisi ən üstün səviyyədədir. “Ulduz” metrosu çevrəsindəki əksər qida məhsullarının istehsalı müəssisələri məhz onlara xidmət edir. Beləliklə də az məsrəflə milyonlar qazanmaqla Azərbaycanın “səssiz işğalı”nın modeli tətbiq olunur. Bu faktlar bir acı gerçəklik olsa da, indiyə kimi onların ifşası ilə bağlı rəsmi açıqlamalar yox kimidir (mənbə: http://www.hurriyet.com.tr/dunya/26638932.asp).
FETÖ-nün “səssiz işğal” siyasətinin şəbəkəsi isə belə qurulubdur:
1. Təhsil sektoru,
2. Gündəlik tələbat mallarının istehsalı üzrə fabriklərin fəaliyyəti,
3. KİV-lərdə gizli şəkildə şəbəkələşmə (sürətli informasiya əldə etmək),
4. Zahiri baxımdan sadə insanları aldatmaq üçün humanitar aksiyalar keçirmək,
5. Olduqca qapalılıq standartları çərçivəsində nurçuluq ideyasını təbliğ edən dini əsərləri gündəmə gətirmək və ictimailəşdirmək,
6. “Fətullah Gülən çetesi” haqqında informasiya məkanını nəzarətə almaqla gözlənilən olayların qapalılığını təmin etmək (mənbə:http://https://bpakman.wordpress.com/baku-2010-fotograflar/azerbaycan-rayon-videolari/azerbaycanda-din/azerbaycanda-fethullah/.

Hakimiyyətin ictimai müdaxiləsi FETÖ örgütünü susdurmayıb

Fətullah Gülənin liderliyində Türkiyədə 2015-ci il iyul olayları zamanı dövlət çevrilişi cəhdləri baş tutmadı. Çünki, ölkədə iqtidarlı-müxalifətli, vətəndaş cəmiyyəti bir araya gələrək bu çevrilişin qarşısını hamılıqla ala bildilər. Özəlliklə də CHP və MHP-nin ciddi siyasi iradə ortaya qoyması çevriliş cəhdlərinə nöqtə qoydu. Hakimiyyətdəki AKP iqtidarı isə bu günə kimi içindəki “fetoçuları” təmizləməyə çalışır. Demək olar ki, bu dönəmdən etibarən Türkiyədə addım-addım Fətullah Gülən və onun “camaat birlikləri”nə bağlı olan bütün şəbəkələr susdurulmaqdadır. Durumun belə bir məcraya yönəlməsinin ardından FETÖ çetesi cildini dəyişmək zorunda qalıb. Azərbaycanda buna bənzər addımlar atıldı. Bizlər bütün bunları təqdir etmişik. “Zaman” qəzeti və “STV” (Saman Yolu) kanalı isə bu dəfə simasını dəyişərək fərqli ampulada çıxış etməyə cəhd göstərdilər. Demək olar ki, fətullahçı çete “ANS” kanalının ətrafında birləşməyi hədəf seçmişdi. Hətta ANS TV-nin rəhbərliyi Fətoşa “hizmet” (nurçuların ən çox sevdiyi söz) göstərmək üçün xüsusi müxbirini ABŞ-a ezam etmişdi. Azərbaycan həssaslıq göstərərək Rabitə Texnologiyaları və İnnovasiyalar Nazirliyinin qərarı ilə “ANS TV”-nin lisenziyasını ləğv etmək üçün addımlar atdı (mənbə: http://http: hurriyet.com.tr/dunya/azerbaycanda-fetullah-gulenle-roportaj-yapan-kanal-kapatildi-40153189). “FETÖ Örgütü” faktiki olaraq, fərqli texnologiya ilə hərəkət etməklə Azərbaycanın istənilən məkanında, hakimiyyətdə, vətəndaş cəmiyyəti şəbəkəsində, siyasi partiyalarda, KİV-lərdə, ticarət sektorunda, təhsil, səhiyyə və digər strukturlarda istədikləri kimi fəaliyyət göstərirlər. Hətta bu gün: “Azərbaycanın siyasi həyatında yeni nəsil siyasətçilərinə meydan verilməlidir” ideyası altında bir çox siyasi partiyalarda iştirak əmsalı artmaqdadır.

(Ardı var)

“Hürriyyət”in araşdırma qrupu

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA