Azərbaycanda güclü yeraltı təkanlar gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

  • 2019-02-11 11:09:53
  • |
  • Sosial /

Azərbaycanda güclü yeraltı təkanlar gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

"Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir”.

Hurriyyet.org xəbər verir ki, bunu report-a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat katibi Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək: "Fevralın 9-da axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi. Həmin zəlzələ 3 bala qədər hiss olundu. Biz əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Mümkündür ki, bu afterşokların içərisində hiss olunanları da olsun. Məsələn, fevralın 5-də baş verən yeraltı təkanın afterşokları fevralın 9-da axşam saatlarında yenidən hiss olundu. Sadəcə olaraq, afterşoklar zəlzələnin baş verdiyi ərazilərdə hiss edilir”.

V.Rafiqqızı qeyd edib ki, güclü yeraltı təkanların baş verəcəyi gözlənilmir: "Dediyim kimi, bundan sonra da afterşokların davam edəcəyi gözlənilir. Təbii ki, hansı maqnituda ilə baş verəcəyini demək çətindir. Hər halda fevralın 5-də baş verən titrəyişlərin təkrar olunması gözlənilmir. Yenə deyirəm ki, aşağı maqnituda ilə yeraltı təkanların hiss olunması gözlənilir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı