Azərbaycanda hamilələr üçün saxta dərman satan qadın tutuldu - VİDEO

Azərbaycanda hamilələr üçün saxta dərman satan qadın tutuldu - VİDEO

Azərbaycanda hamilə qadınlar üçün nəzərdə tutulan saxta dərmanları satan qadın polis tərəfindən saxlanılıb.

Hurriyyet.org “Yeni Sabah”a istinadən xəbər verir ki, bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsi və Altes Farm birgə əməliyyat keçirib. Rogam pereparatının rəsmi distrbyutoru olan Altes Farmın ölkəyə qaçaq yolla saxta dərmanlar gətirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi müraciətdən sonra belə bir əməliyyat başlayıb.

Ötən gün keçirilən əməliyyat zamanı gəncə Univermağının qarşısında qaçaq yolla gətirilmiş dərmanın satışı zamanı Musayeva İradə İlham qızı polis tərəfindən saxlanılıb.

Şirkət bildirir ki, həmin dərmanlar orijinal deyil və hamilələr üçün təhlükəlidir. Lakin orijinal qiymətindən bir neçə dəfə ucuz olduğu üçün bəzən hamilələr bunun fərqinə varmadan həmin dərmanlardan istifadə edir, körpələrinin sağlamlığını təhlükəyə atırlar.

Xəbərdə o da qeyd olunur ki, son bir ayda Gəncədə aparılan monitorinq nəticəsində bəlli olub ki, İran və Gürcüstandan qaçaq yolla gətirilən Rogam dərmanının çox ucuz qiymətə satışı həyata keçirilib. Bu isə onlarla hamilə qadın üçün real təhlükə yaradıb.

Polisin saxladığı İradə Musayevanın həmin dərmanları Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası və Regional Perinatal Mərkəzə satdığı üzə çıxıb. Onun əməkdaşlıq etdiyi digər xəstəxanalarla bağlı araşdırma aparılır.