Azərbaycanda itkin düşmüş şəxsin meyiti dağda tapıldı

Azərbaycanda itkin düşmüş şəxsin meyiti dağda tapıldı

Ötən gün Şəmkirdə itkin düşmüş şəxsin meyiti tapılıb.

Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, fevralın 22-də gecə saatlarında FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA