Azərbaycanda kişi həyətində ayı saxlayırmış - FOTO

  • 2019-02-26 16:39:35
  • |
  • Ölkə /

Azərbaycanda kişi həyətində ayı saxlayırmış - FOTO

Quba rayonunda həyətində ayı saxlayan kişi aşkarlanıb.

Hurriyyet.org DİN-ə istinadən xəbər verir ki, rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı "Qırmızı kitaba" düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfata baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd "Cifsan" markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA