Azərbaycanda magistral yolda yük maşını aşdı - TIXAC YARANDI - FOTOLAR

Azərbaycanda magistral yolda yük maşını aşdı - TIXAC YARANDI - FOTOLAR

Bakı-Quba magistral yolunda ağırtonajlı yük maşını aşıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, yolun Quba istiqamətində olan hərəkət zolağında yük maşını sürücünün idarəetməsindən çıxaraq metal çəpərlərə çırpılıb. Nəqliyyat vasitəsi daha sonra aşaraq yolun hərəkət hissəsini tutub.

Qəza nəticəsində xoşbəxtlikdən ölən olmayıb. Magistral yolda hərəkət yarım saatdan çox dayanıb.

Əraziyə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA