Azərbaycanda müğənni yol qəzasında öldü - FOTOLAR

Azərbaycanda müğənni yol qəzasında öldü - FOTOLAR

Qax rayonunda yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı xanım müğənniFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ (FOTOLAR)Azərbaycanlı xanım müğənniFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ (FOTOLAR)Azərbaycanlı xanım müğənniFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ (FOTOLAR)Azərbaycanlı xanım müğənniFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ (FOTOLAR)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA