Azərbaycanda ömürlük əlilliyin təyin olunması qaydası MÜƏYYƏNLƏŞDİ

Azərbaycanda ömürlük əlilliyin təyin olunması qaydası MÜƏYYƏNLƏŞDİ

Azərbaycanda ömürlük əlilliyin təyin olunması qaydası müəyyənləşib.

Hurriyyet.org ona.az-a istinadən xəbər verir ki, bu barədə “"Əlilliyin müəyyən olunması meyarları haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, müddət müəyyənləşdirməklə təyin olunmuş insan orqanizmi funksiyalarının itirilməsi 31-60% aralığında ardıcıl olaraq, 15 il, 61-80% aralığında ardıcıl olaraq, 10 il və 81-100% aralığında ardıcıl olaraq 4 il müddətdən sonra ömürlük təyin olunur.

Qeyd edək ki, 10-100% diapazonunda müəyyənləşdirilən insan orqanizmi funksiyalarının sabit pozuntularının aşağıdakı 4 başlıca dərəcəsi nəzərə alınır :

I dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit az əhəmiyyətli funksiya pozuntuları, 10-30 % diapazonunda;

II dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları, 31-60 % diapazonunda;

III dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi funksiya pozuntuları, 61-80 % diapazonunda;

IV dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi əhəmiyyətli funksiya pozuntuları, 81-100 % diapazonunda.

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.