Azərbaycanda tələbələrin istəyi ilə dərs saatı dəyişdirildi

Azərbaycanda tələbələrin istəyi ilə dərs saatı dəyişdirildi

Tibb Universitetində tələbələrin istəyi ilə dərs saatları dəyişdirilib.

Hurriyyet.org xəbər verir ki, Elmi Şuranın qərarına əsasən, universitetdə dərslərin saatları dəyişdirilib. Bundan sonra I dərs saat 08:30-10:00 arasında, 15 dəqiqə fasilədən sonra II dərs saatı 11:15-11:45 arasında olacaq. 45 dəqiqə fasilədən sonra III dərs saat 12:30-14:00 arasında və 15 dəqiqəlik fasilədən sonra sonuncu IV dərs 14:15-15:45 arasında olacaq.

Bundan əlavə, 2019/2020-ci tədris ili üçün tədris işçi planına dəyişiklik edilib. I kurs tələbələri üçün kredit sayı azaldılıb, iki semestrdə tədris olunan fənlər birləşdirilərək bir semestrdə tədris olunması qərara alınıb.

Qərara əsasən, I kurs tələbələri üçün fənlər fakültələr üzrə növbəli tədris olunacaq. Növbəti tədris ilində universitetin ayrı-ayrı fakültə və kurslarında tədris yeni iş rejimində aparılacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz