Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırıldı

  • 2019-02-21 11:10:33
  • |
  • Ölkə /

Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırıldı

Bu gün Bakıda tikintiyə və istismara icazə verilməsi üzrə "Elektron müraciət sistemi”nin təqdimatı keçirilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, təqdimat mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin iştirakı ilə baş tutub.

O, sistemin əhəmiyyəti barədə danışıb və onun sahibkar-məmur ünsiyyətini minimum həddə endirdiyini deyib.

"Elektron müraciət sistemi” bu gündən fəaliyyətə başlayır. 10 gün ərzində tikinti obyektlərinə texniki icazə almaq mümkün olacaq. Təsdiq edilmiş yeni qaydaya əsasən, icazə üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə endirlib. Sahəsi kiçik olan, birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan tikinti obyektlərinin isə istismarına icazə tələb olunmayacaq. Tədricən ekspertizası tələb olunan tikililərin də qeydiyyatı ilə bağlı proseslər elektronlaşdırılacaq”, - komitə rəsmisi bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA