Azərbaycanda uşaqlarını küçəyə atan qadının FOTOSU

  • 2019-02-05 17:48:45
  • |
  • Ölkə /

Azərbaycanda uşaqlarını küçəyə atan qadının FOTOSU

Xəbər verdiyimiz kimi, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

Hurriyyet.org big.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişi Yeganə Osmanovanın Xəzər xəbərə verdiyi müsahibəsini təqdim edib.

O, müsahibəsində 19 yaşında Bakıya gəldiyini bildirib: "Bakıda az yaşamışam. İmkanım əvvəllər yaxşı idi. Uşaqlarıma baxıcı baxırdı. Sonuncu dəfə uşaqlarıma Könül adlı qadın baxırdı. Hər gün onun pulunu verə bilirdim. Gücüm çatdığı qədər evə ərzaq da alırdım. Sonra işləyə bilmədim. Könül mənə dedi ki, pulumu verməsən uşaqların birini verib, o birini özümdə saxlayacam. 20 gün olar ki, o qadının evinə getmədim. Bilirdim uşağı ev sahibi o qadına verib. Sadəcə, pulum olmadığına görə geri qayıda bilmədim".

Azərbaycanda uşaqlarını küçəyə atan qadının FOTOSUAzərbaycanda uşaqlarını küçəyə atan qadının FOTOSU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA