Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının sayı açıqlandı

  • 2019-02-07 11:30:08
  • |

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının sayı açıqlandı

Azərbaycanda 55 min Türkiyə vətəndaşı yaşayır.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Rəsmi məlumata görə, hazırda 152 dövlətdə 5 milyon Türkiyə vətəndaşı yaşayır. Siyahıda birinci yerdə 2 milyon nəfərlə Almaniya gəlir. İkinci yerdə ABŞ qərarlaşıb. Bu ölkədə 300 min Türkiyə vətəndaşı var.

Argentinada min, Albaniyada 8 min, Avstraliyada 50 min, Avstriyada 250 min, Bəhreyndə 2 min, Belçikada 240 min, Birləşmiş Ərəb Əmirliyində 14 min, Bosniya-Hersoqovinada 10 min 700, Bolqarıstanda 60 min, Əlcəzairdə 15 min, Çex Respublikasında 3 min 500, Çində 6 min, Danimarkada 75 min, Efiopiyada 2 min, Mərakeşdə 2 min, Fransada 700 min, Cənubi Afrika Respublikasında 3 min 700, Cənubi Koreyada min, Gürcüstanda 22 min, Hollandiyada 500 min, İranda 5 min, İrlandiyada 4 min 500, İspaniyada 7 min, İsraildə 17 min, İsveçdə 62 min 500, İsviçrədə 130 min, İtaliyada 50 min, Yaponiyada 6 min, Kanadada 70 min, Monteneqroda 2 min, Qətərdə 9 min, Qazaxıstanda 20 min, Qırğız Respublikasında 10 min, Kosovada 3 min 500, Küveytdə 7 min, Livanda 15 min, Lüksemburqda min 600, Macarıstanda 3 min, Makedoniyada 12 min, Meksikada 1500, Misirdə 6 min 200, Norveçdə 21 min, Özbəkistanda 2 min, Pakistanda 2 min 500, Polşada 4 min, Rumaniyada 13 min, Rusiyada 40 min, Sudanda 3 min, Səudiyyə Ərəbistanında 60 min, Taylandda 1500, Türkmənistanda 3 min 500, Omanda 2 min 700, Yeni Zelandiyada 2 min, Yunanıstanda 25 min, Ukraynada 20 min, İordaniyada 5 min 500 nəfər Türkiyə vətəndaşı məskunlaşıb.

Türkiyə XİN-nin məlumatına görə, Butan, Tonga, Tuvaluda Türkiyə vətəndaşları yaşamır. Nazirlik Ermənistan, Paraqvay, Ekvator, El-Salvador, Nigerya, Kabo, San-Marino, Boliviya, Suriya, Monako, Şimali Koreya, Liberiya, Belize, Qaller, İslandiya, Kanarya adaları, Şimali İrlandiya, Yamayka, Honduras, Cənubi Kipr, Barbados, Andorra, Tayvan, Toqo və Uruqvayda yaşayan Türkiyə vətəndaşları barədə statistikanı isə açıqlamayıb. /report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA