Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK

  • 2019-05-17 14:10:06
  • |
  • Ölkə /

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Hurriyyet.org bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib./trend/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA