Azərbaycanda yük maşını dağdan aşdı - FOTO

Azərbaycanda yük maşını dağdan aşdı - FOTO

Bakının Qaradağ rayonunda daş karxanasında bədbəxt hadisə baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Korgöz qəsəbəsindəki daş karxanasında 1987-ci il təvəllüdlü Malik Qasımov idarə etdiyi "KaMAZ" markalı yük avtomobilini dağdan aşırıb. Nəticədə xəsarət alan sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.