Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA