“Azərbaycanı sevmək haqqımdır” deyən erməni qız Ermənistanda təhqir olunur - FOTO

“Azərbaycanı sevmək haqqımdır” deyən erməni qız Ermənistanda təhqir olunur - FOTO

Ermənistanlı Anna Xaçaturyan hazırda ermənilər tərəfindən ən çox söyülən və linç edilən şəxsdir.

Hurriyyet.org olke.az-a istinadən xəbər verir ki, buna səbəb onun Ermənistan, ermənilər və milliyəti ilə bağlı verdiyi açqlamalardır. Anna Xaçaturyan dəfələrlə Azərbaycan bayrağı ilə şəklini paylaşaraq ölkəmizə olan rəğbətini ifadə edib.

Ermənistanlı qızın arsak.info-ya verdiyi müsahibə isə ermənilərin ona qarşı nifrətini ən çox kürəkləyən hadisə olub. Anna müsahibəsində bildirib ki, o, erməni deyil:

“Mən xristian azərbaycanlıyam. Türkiyədən gələn ermənilərin problemi məni maraqlandırmır. Azərbaycan erməniləri dediyiklərimiz, yəni biz – nə erməniyik, nə də türk. Biz məhz azərilər kimi Albanların törəmələriyik. Özümə azərbaycanlı deməyim, Azərbaycanı sevməyim haqqımdır”.

Qeyd edək ki, Anna Xaçaturyan açıqlamalarında dəfələrlə Azərbaycana olan sevgisini ifadə edib və bununla da milliyətçi ermənilərin nifrətini qazanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA