Azərbaycanın ilk raket modelçiliyi – “Rocketry Azerbaijan” FESTİVALI KEÇİRİLİB

  • 2019-04-12 19:51:57
  • |
  • Ölkə /

Azərbaycanın ilk raket modelçiliyi – “Rocketry Azerbaijan” FESTİVALI KEÇİRİLİB

"Azərkosmos” ASC-nin Azərbaycanda ilk dəfə keçirdiyi raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı başa çatıb.

ASC-dən Hurriyyet.org-a verilən məlumata görə, Azərbaycan Təhsil Nazirliyi ilə birgə keçirilən “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini keçən komandalar iştirak edib.

Festival çərçivəsində “Azərkosmos” və Rusiya Federasiyasının “Kassiopeya” fondunun mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyətləri və iş prinsipi barədə təlim verilib. Təlim əyani olaraq raket modelləri üzərində keçirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA