Azərbaycanın milli enerji strategiyası və beynəlxalq perspektivlər

Azərbaycanın milli enerji strategiyası və beynəlxalq perspektivlər

Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur. Genişlənən iqtisadi miqyaslar yeni enerji potensiallı əraziləri istehlak obyektlərinə çevirir. Təbii enerji sərvətlərinin geoloji mövcudluğu çağdaş zamanda strateji əhəmiyyətini artıraraq əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Enerji resurslarının məhdud olmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effekti dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur. Azərbaycan perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya regionları sırasındadır.

Xəzər dənizi və Cənubi Qafqaz enerji resurslarına beynəlxalq maraqlar

Xəzər şelfində karbohidrogen ehtiyatlarının kommulyativ həcmi hesablamalara görə 3-4 və hətta proqnostik baxımdan 5-7 milyard ton təşkil edir. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton şərti yanacağa ekvivalent miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 1000 ton həcmində karbohidrogen resursları düşür. Bu göstərici Azərbaycana planetin 10-15 ən qüdrətli mühüm neft-qaz potensiallı ölkələri sırasında yer verir. Bununla belə. neft-qaz resurslarından başqa respublikamızda digər təbii enerji mənbələri də yetərli və perspektivlik baxımından ümidvericidir. Günəşli və küləkli ərazi ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır. Çayların, termal suların ehtiyatlarından daha rasional istifadə etməklə bu potensial bir qədər də artır. Təbii resursların miqyaslılığı respublikanın daxili ehtiyaclarının tam XXI əsr boyunca dolğun təchizatına əsas yaradaraq davamlı iqtisadi inkişafın təmin olunmasında. ölkənin ixrac potensialının genişlənməsində əvəzsiz kapital, möhtəşəm investisiya qoyuluşları və həm də onların repatriasiyasının bazası rolunda çıxış edir. Bakı – Tbilisi - Ceyhan neft, Bakı – Tbilisi - Ərzurum qaz kəmərləri. Nabukko layihəsində əsas iştirakçılarından biri olmaq isə ölkəmizin geosiyasi gücünü artıraraq onun dünya enerji bazarının əhəmiyyətli tərəfinə çevirir. Bütün bu keyfiyyətlər diapazonunda Prezident İlham Əliyevin əzmkar fəaliyyəti nəticəsində güclənən iqtisadi yüksəliş. sürətlənən inkişaf templəri, artan əlverişli ictimai-siyasi şərait. sosial ovqat aparılan islahatların dərinləşməsi və təkmilləşməsində, xüsusən də yanacaq enerji kompleksinin problemlərinin həllində yeni yanaşma və daha rasional imkanlar axtarışı tələbləri qoyur. İqtisadi inkişafın dayanaqlı, multipkativ effektli irəliləyişi isə enerji resurslarından qənaətcil, ekosivil və daha səmərəliliklə istifadədə dolğun informasiya təminatlı, aydın metodologiyası, dəqiq cəbri hesablanmış konseptual nizamlı milli enerji strategiyasının hazırlanmasını şərtləndirir.

Qlobal enerji təhlükəsizliyi konsepsiyası və Azərbaycan

Enerji strategiyası milli enerji təhlükəsizliyinin əsas tərkib hissəsi olaraq əksər iqtisadi cəhətdən inkişaf etmiş müasir modern ölkələrdə dövlətin uzunmüddətli strateji proqramlarından biri kimi təyinat alır. Enerji strategiyası milli enerji siyasətinin konkretləşməsi, dəqiq təyinatlı fəaliyyət məqsədlərinə və hərəkətin təşkili metodlarına zəruri resurslar və mümkün potensial imkanlar müqabilində seçilmiş yolla nail olma çərçivəsində onun işçi sənədinə çevrilməsini şərtləndirir. Struktur kompozisiyada strategiya plan, idarəetmə sənədləri, qrafiklər, büdcə və digər bu kimi zəruri elementləri özündə birləşdirən modernləşmə və köklü yenidənqurmanın fəaliyyət proqramı kimi çıxış edir. Enerji strategiyası yeni institusional yaranış deyildir. Planetin iqtisadiyyatı enerji təməlində sistemləşdiyi zamanlardan analoji strategiyalar silsiləvi olaraq müxtəlif ölkələrdə intişar tapmış. təbədüllatlara uğrayaraq yeni keyfiyyət və məzmun almışlar. Bir qədər fərqli adlanışda Sovet İttifaqında da müvafiq enerji strategiyası daim işlənmiş. hazırlanaraq reallaşdırılmışdır. Qlobal axının gücləndiyi müasir zamanda isə hər bir ölkə enerji resurslarının mövcudluq diapazonunun fərqinə varmadan özünün enerji təhlükəsizliyini təmin etmək məqsədilə məxsusi enerji strategiyası formalaşdırmağa məhkumdur. Enerji strategiyasının optimal forması bizimlə müəyyən təzahür paralelləri olan Rusiyada 1992-ci ildən başlayaraq geniş tətbiq olunur. Lakin yeni reallıqlar növbəti mərhələlərdə bu strategiyanın korrektə olunmasını diktə etmişdir. Artıq burada məzmun və mahiyyətcə daha kamil formatda 2020-ci ilə qədərki dövrü əhatə edən. taktikası biçimli və nikbin. hədəflərində neftin və qazın qiymətini nəzərə almaqla ÜDM - in artımına nail olma dayanan yeni enerji strategiyası işlənmiş və Dövlət Dumasının müzakirəsindən keçərək Nazirlər Kabinetində təsdiqini tapmışdır. Enerji strategiyasının reallaşdırılmasına ölkənin akademik, sahəviinstitutları. o cümlədən Yanacaq Enerji Kompleksi ilə bağlı mütəxəssislər cəlb olunmuş, Yanacaq Energetika Nazirliyinin yanında əlahiddə "Energetik Strategiya" adlanan elmi-tədqiqat institutu təsis edilmişdir. Bununla yanaşı, daim dəyişən iqtisadi və enerji şəraitinin təhlilini aparmaq və bu əsnada səmərəli tənzimləmə mexanizmlərini tətbiq etmək məqsədilə enerji strategiyasını reallaşdıran monitorinq sistemi də yaradılmışdır. Analoji enerji strategiyaları ölkənin modernizasiyasi və inkişafı proqramının ayrılmaz hissəsini təşkil edərək qardaş Türkiyədə. Çin Xalq Respublikasında. əlahiddə, 2030-cu ilədək dövrə hesablamış Ukraynada və digər ölkələrdə yeni quruluşda həyata keçirilməkdədir. Ümumavropa məkanında isə enerji strategiyası 50 ölkənin təmsil olunduğu Enerji Xartiyasında birləşir. Bununla belə, hazırda Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin daha dolğun təminatı "Avropa üçün təhlükəsiz, rəqabət qabiliyyətli və enerji girişli Yaşıl Kitab". "Enerji siyasətinin Brüssel konsepsiyası". "Enerji NATO – su " və sair bu kimi enerji strategiyalı proqram layihə və sənədlərində inkişaf tapır. Enerji strategiyası regional kontekstdə "Şanxay Əməkdaşlıq Təşkilatı " ölkələrinin assosiativ maraqlarının özəyində yer almışdır. Hələlik layihə mərhələsində olan bu reqlament sənədi "Asiya Enerji Strategiyası" adlanır. Məramına görə bu strategiya təşkilat ölkələrinin qarşılıqlı faydalı. balanslaşdırılmış, enerji bazarı ilə uzlaşan məqsədlərini ifadə edən enerji siyasətinin koordinasiyasını hədəf götürür.

İqtisadi siyasətlə beynəlxalq dəstəyi qazanmağın modeli

Milli enerji strategiyasının formalaşması daxili potensialın təhlili ilə yanaşı, qlobal aləmdə gedən proseslərin, dünya enerji balansının inkişaf meylinin və bəşəri enerji istehlakının yüksəliş sürətinin nəzərə alınmasını da şərtləndirir. Dünya iqtisadiyyatında mineral-xammal sektoru sənaye istehsalı və energetikasının əsas bazasını təşkil edir. Xammal istehsalı və istehlakının dəyişkənliyi beynəlxalq ticarətdə sosial-iqtisadi duruma sirayət etməklə yanaşı, həm də qlobal kontekstdə dünya resurslar arsenalına təsir göstərir. Dünya iqtisadi artımı hər il daha çox enerji resurslarının mənimsənilməsi ilə təmin olunur, yeni-yeni enerji potensiallı ərazilər istehlak mənbəyinə çevrilir və onların istehlakı mütəmadi artır. Neft və qaz resurslarının müasir sivilizasiyada təbiətlə cəmiyyət arasındakı tarazlığın saxlanılmasında həyati əhəmiyyətinin olduğu danılmaz faktdır. Onların səmərəli istifadəsi qədər də yerləşməsi və əzəli ənənəvi ərazilərdə tükənməsi amili də narahatedicidir. Son dövrlərin statistikasına görə, planetar miqyasda hər il 14-15 milyard ton təbii ehtiyat üzvi yanacağa çevrilir. Enerji istehlakında neft-qaz resursları əhəmiyyətli yer tutsa da neftin qlobal ehtiyatlarının 41 il, təbii qazın isə 67 ilə bəs edəcəyi proqnoz edilir. Bu resursların dünya yanacaq balansındakı aparıcı rolundan irəli gələrək onların axtarış-kəşfiyyat, hasilat-istismar dinamikası. texniki-texnoloji təchizatı prosesi də genişlənir. Hazırda innovasiya nailiyyətləri neftvermə əmsalının dünya üzrə orta çəkisini 40%-ə yaxınlaşdırmışdır. Əvvəllər texniki əlçatmaz, rentabelsiz hesab edilən ərazilərdə. okeanın daha dərin qatlarında neft-qaz ehtiyatlarının mənimsənilməsi reallığa çevrilir. Müasir dünyada hazırda orta hesabla 16 min TBts elektrik enerjisi istehsal edilməkdədir. Elektroenergetika balansında karbohidrogen təyinatlı resurslar yarıdan çox paya malikdirlər. Bununla belə, dünya əhalisinin 1/3 - nin elektrik enerjisinə çıxışı tamam yox, digər 1/3 - nin isə məhduddur. Əlbəttə, məhdudiyyətlər hər il azalmağa, tələblər isə artmağa meyllidir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, 2050-ci ildə elektrik enerjisinə olan tələb 3 dəfə artacaq və buna müqabil istehlak da 2 dəfə yüksələcək. Dünya neft hasilatının da 2030-cu ildə aşağı düşəcəyi. hasilat pikinin isə çox yaxında - 2010-cu ildə baş verəcəyi proqnoz edilir. Bütün bunlar bir daha onu göstərir ki, yaxın 30-50 il ərzində karbohidrogen erası sonuclanacaq və yerini digər enerji resurslu yeni dövrə təhvil verəcəkdir. Başlıca olaraq isə onu atom energetikası. gələcəkdə isə qlobal istilik-nüvə sisteminin yaranışı əvəzləyəcəkdir. Bütün bu reallıqlardan irəli gələrək artan qloballaşma meylləri ilə bağlı yaxın 15-20 il ərzində dünya yanacaq və enerji sistemində yaşanacaq inkişaf ssenarisinin görüntülərinin yəqinləşdirilməsi zəruridir.

Enerji strategiyasında dövlətimizin təhlükəsizlik konsepsiyası

Nüfuzlu enerji institutlarının araşdırmalarına görə, çoxtərəfli olmasına baxmayaraq bu ssenarinin əsas amilləri sırasında aşağıdakılar daha mühüm yer tutacaqdır:

1. Karbohidrogen xammalına və yanacaq-enerji resurslarına iqtisadi inkişafda ölkə daxilində tələb dinamikasının yüksəlişi;

2. İqtisadiyyatın bütün sektorlarında resurs və enerji qoruyucu texnologiyalarda istifadənin miqyasının genişlənməsi;

3. Dünya iqtisadi və energetik konyunkturun dəyişkənlik dinamikası;

4. Nüvə energetikasında ekstensivlik, enerji inteqrasiya səviyyəsinin artımı;

5. Avropa və Asiyada yeni regional enerji ittifaqlarının təşəkkülü;

6. Elmi-texniki tərəqqinin sürətlənməsi.
Qlobal yanacaq və enerji sistemində vəziyyətin yeni keyfiyyətdə inkişafına nail olmaq üçün bu işdə bütün iştirakçıların məsuliyyəti, prosesin davamlı və dövlətlər tərəfindən sərt tənzimlənməsi tələb edilir. Məhz buna görə də enerji təhlükəsizliyi problemi lokal olduğu qədər də qlobal və regional mahiyyət daşıyır və bu baxımdan da milli enerji strategiyalarının hazırlanmasını zəruri və şərtli edir. Bu zərurət həm də qlobal yanacaq və enerji sistemində artan investisiya tələblərindən qaynaqlanır. Hazırda dünya iqtisadiyyatında yanacaq və enerji sistemində investisiya tələbləri $l trilyon civarında tədavül edir. Buna müqabil olaraq isə beynəlxalq maliyyə bazarında yanacaq və enerji sisteminə istiqamətlənən resursların həcmi əhəmiyyətli dərəcədə məhduddur. Hesablamalar göstərir ki, yanacaq və enerji sisteminə yönələn hər dollar multipkativ vektorda ÜDM - in 1.5 - 1,6% artımına gətirir. Lakin. bununla belə əksər transformasiya mərhələsini yaşayan dövlətlərdə yüksək kapitaltutumlu kompleksin başlıca problemi yenə də investisiya çatışmazlığı olaraq qalır. Digər tərəfdən. nəzərə alınmalıdır ki, burada, xüsusən də neft-qaz sənayesində investisiya aktivliyi dünya neft qiymətlərinin səviyyəsindən də asılıdır. Təkzibolunmaz faktdır ki. enerji təhlükəsizliyi məsələsi istənilən ölkənin iqtisadi təhlükəsizliyinin əsas prioritetləri sırasındadır. İqtisadi mahiyyət kəsb etdiyindən o. ölçüləbiləndir.

(ardı var)

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA