Azərbaycanın milli enerji strategiyası və beynəlxalq perspektivlər - II HİSSƏ

Azərbaycanın milli enerji strategiyası və beynəlxalq perspektivlər - II HİSSƏ

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycanin_milli_enerji_strategiyasi_ve_beynelxalq_perspektivler)

Enerji resursları ilə təminatlılıq əmsalı vahiddən yüksəkdirsə. ölkənin enerji təhlükəsizliyi bərqərar olunmuş hesab edilir. Vahiddən kiçik konfiqurasiyalar böhranlı vəziyyətlərdən xəbər verir. Lakin bu təyinat da ideal hesab edilməməlidir. Çünki ölkənin enerji təhlükəsizliyini yalnız bir mənbə, ümumi olan elektrik və istilik enerjisinin istehsal və istehlakı ilə bağlamaq da düzgün olmaz. Güclü. davamlı, təminatlı iqtisadiyyatın enerji istehsalı ilə yanaşı, dolğun və çeşidli digər yanacaq-enerji resurslarına da daha geniş tələbi vardır. Bu tələblər isə hər yerdə yüksək olsa da. çox az ölkələrdə daxili təbii resurslar təklifi ilə uzlaşır. Reallıq belədir ki, yanacaq-enerji resurslarının mövcudluğu və istisnasına baxmayaraq hər bir ölkə özünün enerji təhlükəsizliyinin təminatında, iqtisadiyyatının yaşanmasında müvafiq enerji strategiyası işləməli və ardıcıl reallaşdırmalıdır.

Milli enerji strategiyası: məqsəd və vəzifələr

Müasir dövrdə Azərbaycanda enerji resursları ilə təminatlılıq əmsalı ümumən vahiddən yüksək həcmə malikdir. Lakin bununla belə, istehlak dolğunluğunu daha optimal təmin etmək üçün hazırda respublikaya əlavə 500 mVt güc lazımdır. Digər tərəfdən isə zəif enerji effektivliyi - az enerji tutumlu qurğulardan istifadə məhdudluğu, mənzillərin, ofis binalarının enerji markirovkasının aparılmaması və bu sahədə digər qeyri-standartlıqlar enerji təhlükəsizliyi əmsalının daha dolğun keyfiyyət və ölçüdə təyinatına təsir göstərir. Lakin ətrafa nəzər saldıqda ekstensivlik baxımından respublikamızın enerji təminatı etibarlılığının yüksək olduğu bir daha yəqinləşir. Belə ki. Azərbaycan enerji təhlükəsizliyi baxımından keçmiş SSRİ məkanı ölkələri arasında lider mövqelərdən birini tutur. Milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da enerji strategiyasının hazırlanması və tətbiqi olduqca zəruri və mühümdür. Bu zərurətlilik Yanacaq Enerji Kompleksinin ölkə iqtisadiyyatındakı əhəmiyyəti, enerji resurslarının xalq təsərrüfatının həyat qabiliyyətli bütün sahələrində aparıcı və həlledici rolu. neft-qaz infrastrukturunun modernləşməsi, ekoloji fonun yaxşılaşdırılması və sosial rifahın daha da yüksəlişi və həmçinin əsaslı dərəcədə də Azərbaycanın artan geostrateji potensialı və dünya enerji bazarlarının qloballaşması tələblərində ifadəsini tapır. Milli enerji strategiyasının hazırlanmasının fövqündə Azərbaycan dövlət müstəqilliyi bərpa edildikdən sonra tarixdə ilk dəfə olaraq onun neft-qaz sərvətlərinin xalqa tam məxsusluğu təmin edilməsi və ölkədə "Əsrin müqaviləsi" ilə başlanan Heydər Əliyev və prezident İlham Əliyevin uğurlu neft strategiyasının prinsipial tələbləri dayanır. Geoloji əsaslandırmalar göstərir ki, Azərbaycanın ərazisinin 70%-i neft-qaz resursları ilə perspektivlidir. "Əsrin müqaviləsi" də daxil olmaqla, respublikaya mənsub dəniz və quru əraziləri əhatə edən çoxsaylı beynəlxalq neft müqavilələri bağlanmışdır. Burada hasilat yaxın 5-6 il ərzində apogeyə yüksələcəkdir. Onilliyin sonunda təkcə "Azəri - Günəşli" və "Çıraq" platformasından gündə 1 milyon barel və ya ildə 60 milyard tondan çox neft hasil ediləcəkdir. Ölkənin kəşf olunmuş və perspektiv təbii qaz potensialı da 1-2 trilyon m' civarında hesablanır. Bunun yarıdan bir qədər çoxu "Sahdəniz" qaz-kondensat yatağında cəmləşmişdir. Normallaşdırılan hasilat toplumunda bu potensialın hər il 40-50 milyd ABŞ dollarına ekvivalent olacağı proqnoz edilir ki. burada da ölkəmiz yetərli paya malikdir. Lakin. bu qədər bol təbii enerji resurslarına baxmayaraq, respublikanın iqtisadiyyatının və əhalinin yanacaq-enerji resursları ilə fasiləsiz və keyfiyyətli təminatında müəyyən problemlər yaşanmaqdadır. İqtisadiyyatın inkişafı və genişlənən sosial təminatlılıq isə qarşıya artan enerji istehlakı tələbini qoyur. Hesablamalar göstərir ki, perspektiv üçün respublikanın təbii qaza olan tələbatı artaraq 12-14 milyard m' təşkil edəcəkdir. Elektrik enerjisinə görə isə bu tələb 8-10 min mVt - a bərabər olacaqdır.

Enerji resurslarının düzgün hədəflərinin fəlsəfəsi

2015-ci illər üzrə Azərbaycanın Yanacaq Enerji Kompleksinin İnkişafı üzrə Dövlət Proqramı" üzrə aparılan islahatların daha da dərinləşməsinə və təkmilləşdirilməsinə əsaslı zəmin yaradır. Araşdırmalar göstərir ki, respublikada iqtisadi artımın davamlı təminatı enerji sektorunda yeni istehsal güclərinin buraxılışını və istehsal aparatının kardinal yeniləşməsini həyata keçirmədən mümkün deyil. Buna görə də ümumiqtisadi islahat tədbirləri paralel olaraq Yanacaq Enerji Kompleksinin problemlərinə və artan tələblərə uyğun modernizasiya proseslərinin reallaşması ilə müşayiət edilməlidir. Təhlili əsaslandırmalar göstərir ki, Yanacaq Enerji Kompleksində əsas problemlər çevrəsi üstün olaraq aşağıdakılarla bağlıldır:

1) əsas fondların yüksək aşınma faizi. mənəvi köhnəlməsi, köhnə yataqlarda istismarın mürəkkəbləşməsi:

2) təchizatın geniş olaraq idxal potensialına köklənməsi. ixracatda karbohidrogen resurslarından əsaslı dərəcədə xammal kimi istifadə;

3) neft emalı və neft məhsulları istehsalında çeşid, keyfiyyət, standartlaşma zəifliyi. neft-qaz maşınqayırması və avadanlıqları, enerji və qaz aparatları istehsalı müəssisələrində müəyyən texnoloji gerilik:

4) artan qaz istehsalının mövcud qaz emalı zavodları və qaz saxlama anbarlarının gücləri ilə uzlaşmaması, daxili qaz şəbəkəsinin reabilitasiya gözləməsi;

5) enerji qoruyucu texnologiyalardan və bərpa olunan enerji mənbələrindən miqyaslı istifadə edilməməsi:

6) çətin ekoloji durum və artan ekoloji xərclər;

7) müasir daxili avtonom enerji bazarlarının və infrastrukturlarının yetərli əsaslı formalaşmaması və sahəvi rəqabət mühitinin zəifliyi;

8) intellektual menecment sistemlərindən geniş və səmərəli istifadə edilməməsi:

9) sahəvi normativ-hüquqi baza və institusional mühitin təkmilləşdirilməsi ehtiyacı.

Yanacaq Enerji Kompleksində təqdim olunan bu əsas problemlərlə yanaşı, digər az əhəmiyyət daşımayanları da mövcuddur ki, onların da bir araya gətirilərək. yeni hazırlanacaq enerji strategiyasında nəzərə alınması vacibdir. Mühüm sosial-iqtisadi multiplikator rolunu ifadə edən Yanacaq Enerji Kompleksinin ölkənin makroiqtisadi göstəricilərinin formalaşmasında, sosial-rifahın və həyat səviyyəsinin yüksəlişində əhəmiyyəti daim genişlənir. Müasir zamanda respublikanın büdcə konsolidasiyasının başlıca donor funksiyasını yerinə yetirən kompleksin qloballaşma və iqtisadi sferada güclənən rəqabət meylləri. Avropa enerji bazarının difersifikasiyası və digər dəyişən və inkişaf edən planetar hadisələrlə bağlı əhəmiyyət diapazonu daha da artır. Buna görə də respublikada yanacaq-enerji resurslarından maksimum səmərəliliklə istifadə olunmasında strateji planlı, biçimli və optimal tənzimlənmə mexanizmlərinin yaradılması vacibliyi bir qədər də aktual əhəmiyyət kəsb edir.

Enerji faktoru və ədalətli social siyasət

Nəzərdən keçirilən bu məsələlərin sistemləşdirilməsi və idarə edilməsi isə ümumi bir analitik sintezdə yaxın 15 il üçün Milli Enerji Strategiyasının məqsəd və vəzifələrinin təyinatına əsas yaradır. Bu baxımdan konkret təzahürdə Enerji Strategiyasının məqsədini təbii yanacaq-enerji resursları və enerji sektorunun potensialından maksimum səmərəli istifadədə iqtisadiyyatın davamlı inkişafına nail olma ölkənin həyat səviyyəsinin yüksəlişi və enerji təhlükəsizliyinin təmin edilməsi tezisində formalaşdırmaq olar. Yanacaq Enerji Kompleksinin məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılmasında. onun potensialının dünya bazarında səmərəli və tutumlu reallaşmasında dövlətin enerji siyasətinin ölçü və mexanizmlərinin yaradılmasını ifadə edən aşağıdakı vəzifələri özündə əks etdirməlidir:

1. Əhalinin, iqtisadiyyatın fasiləsiz yanacaq-enerji resursları ilə təminatı;

2. Enerji qoruyucu texnologiyalar və avadanlıqlar tətbiq etməklə yanacaq-enerji resurslarının istehlakında qənaətcilliyin artırılması;

3. Maliyyə dayanıqlığı və effektivliyinin artırılması;

4. İistehsal və transsaksion xərclərin və bu sferada olan itkilərin azaldılması;

5. İqtisadi stimulların tətbiqi ilə ətraf mühitə texnoqen təsirin azaldılması, çirklənmiş ərazilərdə rekultivasiya proseslərinin genişləndirilməsi;

6. İstehsal və idarəetmə strukturunun təkmilləşdirilməsi. innovasiya prosesinin genişləndirilməsi;

7. Konsensuslu tarif, vergi və gömrük və antiinhisar siyasətinin gücləndirilməsi;

8. İnstitusional təkmilləşdirmə aparmaqla daha əlverişli bazar mühitinin yaradılması;

9. Dövlət mülkiyyətinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi;

10. Cəmiyyət tələblərinin yerinə yetirilməsində mütləq öhdəliklərin texniki reqlamentlər sisteminin təşkili, milli standart və normaların tətbiqi.

Milli Enerji Strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqtisadi məkan bütövlüyündə rolunu, onun siyasi, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Onun hazırlanması istiqamətində dövlət tərəfindən mühüm olan kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Dövlət qərarı verildikdən sonra enerji strategiyasının əsaslarının hazırlanmasında koordinəedici işlərin başlanması üçün icraçı direktorluq. işçi qrup və ekspert şurasının yaradılması zəruridir. Enerji strategiyasının milli iqtisadi və enerji təhlükəsizlikləri prinsiplərindən irəli gələrək, təbii enerji resursları və yanacaq-enerji potensialından səmərəli istifadə. onların ekologizasiyası, ölkənin geosiyasi rolu. dövlətin və enerji resurslarının istehsalçı və istehlakçısı olan təsərrüfat subyektlərinin maraqları, Yanacaq Enerji Kompleksinin perspektivini, respublikanın və regionların iqtisadi inkişafını nəzərə alan normativ-hüquqi və maliyyə-iqtisadi mexanizmlər yaradılmaqla işlənilməlidir. Bu strategiyanın tərkib hissəsi kimi, ölkənin etibarlı enerji təminatını, Yanacaq Enerji Kompleksinin struktur yenidənqurması. onun xammal bazasının inkişafı. enerji qoruyucu siyasətin və yanacaq-enerji resurslu ixrac potensialının reallaşmasını rəhbər tutan 2009 - 2014-cü illər üçün "Yanacaq və enerji" proqramının hazırlanması və koordinasiya edən ayrıca funksional "Enerji Strateji Tədqiqatlar Mərkəzi"nin təsis edilməsi məqsədəuyğun sayılır. Yanacaq Enerji Kompleksinin struktur təşkilatları ARDNŞ, "Azərenerji" ASC, "Azəriqaz" QSC və digər qurumları həmin sahələrin inkişaf proqramlarının hazırlanması istiqamətində əlahiddə iş aparmalı, elmi dəstəyin təminatı üçün müvafiq elmi-tədqiqat institutları prosesə cəlb edilməli. fəaliyyətlərin konkret maliyyələşdirmə mənbəyi və reallaşdırma mexanizmləri müəyyənləşdirilməlidir.

Ölkənin enerji gücünün dəyərləndirilməsi və qlobal proseslər reallığından çıxış edərək iqtisadiyyatın enerji strategiyası kontekstində proqnozlaşdırılan inkişaf səviyyəsinin təminatı, enerji resurslarının mümkün artımına nail olmaq və onlardan istifadənin səmərəliliyini və enerji effektivliyini yüksəltmək kimi mühüm məsələnin həlli vacib sayılmalıdır.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA