Azərbaycanın tanınmış aşpazı İzmir festivalında qızıl medala layiq görüldü

Azərbaycanın tanınmış aşpazı İzmir festivalında qızıl medala layiq görüldü

Ankara Heydər Əliyev Parkının nəzdində fəaliyyət göstərən Buta Baku Kafenin dünyaca məşhur şef aşbazı Mirmövsüm Dadaşov İzmirdə keçirilən 4 günlük festivalda dünyanın 40 ölkəsindən ən məşhur aşbazların iştirak etdiyi “EPAD Best Food Festival” adlı yemək festivalında Azərbaycanı təmsil edib və 2 qızıl və 2 gümüş medala layiq görülüb.

Bu barədə Hurriyyet.org-un Türkiyə təmsilçisinə şef aşbaz özü məlumat verib. Onun sözlərinə görə, Türkiyənin İzmir şəhərində ənənəvi olaraq keçirilən “EPAD Best Food Festival” adlı yemək festivalında zəngin tarixi keçmişə sahib Azərbaycan mətbəxini ən yüksək səviyyədə təmsil etmək onun üçün çox qürurverici olub: “Tədbir boyunca insanların ölkəmizin zəngin mətbəxinə, adət və ənənələrinə necə maraqla baxdıqlarının şahidi olurduq. Tək və komanda şəklində iştirak etdiyimiz yarışlarda Azərbaycan mətbəxinin bütün incəliklərini həm iştirakçılara, həm də juri üzvlərinə təqdim etdik. Bu tədbir çərçivəsində gördük ki, bizim mətbəximiz dünyanın ən ləziz və qeyri – adi mətbəxidir. Bunu təkcə biz demirdik, tədbirdə iştirak edən hər kəs bu haqda ağızdolusu danışırdı. Bu festivalda iştirakımıza verdiyi dəstəyə görə Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanova və “Buta” Azərbaycan Mədəniyyətini Tanıtma Evinin rəhbəri Nurlan Yusifova komandamız adından təşəkkürlərimi bildirirəm. Hər zaman Azərbaycan mətbəxinin və mədəniyyətinin təbliğində öz töhvəmi verməyə hazıram”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA