Azərbaycanın tanınmış idmançısı UFC-dən təklif aldı

  • 2019-01-10 13:23:22
  • |
  • İdman /

Azərbaycanın tanınmış idmançısı UFC-dən təklif aldı

Azərbaycanlı döyüş samboçusu Bəxtiyar Abbasov MMA turnirlərinin ən məşhuru olan UFC-də çıxış edə bilər.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, idmançımız bu turnirdən təklif alıb.

Ancaq onun bu turnirdə iştirakı promouterlərin son cavabından asılıdır.

Yeri gəlmişkən, sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev isə saytımıza açıqlamasında bildirib ki, Bəxtiyar Abbasov fevralın 3-də böyüklər arasında Azərbaycan çempionatında iştirak edəcək.

Qeyd edək ki, UFC-nin yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədov da əvvəl döyüş sambosu ilə məşğul olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA