Azərbaycanın Uzaq Şərqlə yaxın münasibətlərinin inkişaf yolu

Azərbaycanın Uzaq Şərqlə yaxın münasibətlərinin inkişaf yolu

Azərbaycan bazarının əsas xüsusiyyətlərinin nədən ibarət olması ilə ölkənin zəngin təbii ehtiyatlara, böyük sənaye və kənd təsərrüfatı potensialına malik olması, Şərq və Qərbin, Şimal və Cənubun qovuşuğunda mühüm geosiyasi və iqtisadi əhəmiyyətli ərazidə yerləşdiyini, dünya iqtisadiyyatına inteqrasiyası, enerji bazarında əhəmiyyətli iştirakçıya çevrilməsi, Azərbaycana böyük xarici sərmayələrin cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin infrastrukturun müasirləşdirilməsi istiqamətində böyük işlərin görüldüyünü etiraf etməyin zamanı çatmışdır. Ölkəmizə yatırılan sərmayələrin həcminin 230 milyard ABŞ dollarını ötdüyünü, bunun yarısının xarici sərmayələrin payına düşdüyünü və hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir.

Şərq-Qərb əlaqələrinin tənzimlənməsi

Son illərdə ölkəmizdə önəmli iqtisadi islahatların həyata keçirildiyini, Davos İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatının rəqabətlilik qabiliyyətinə əsasən iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşdığını və bu göstəriciyə görə MDB məkanında lider dövlət olduğunu, sabitlik və təhlükəsizliyin bu nəticələrin əldə olunması və uzun müddətli dayanıqlı inkişafın təmin edilməsi üçün əsas amillərdən biridir.

Azərbaycanın iqtisadi perspektivləri ilə bağlı ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payının 70 faiz olduğunu və hazırda qeyri-neft məhsullarının ixracının artırılması prioritetlərdən birdir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında mərkəzi rol oynaması, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması, Şimal-Cənub nəqliyyat dəhlizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə işlərin davam etməsi, bütün bunların Uzaq Şərq və Avropa arasında birbaşa, qısa, davamlı və etibarlı nəqliyyatı təmin edəcəyini və Azərbaycanın yeni “Böyük İpək Yolu” layihəsinin fundamental həlqəsini təşkil etdiyini sübut edir. Azərbaycanda enerji sektorunun uzun müddət üçün önəmli rol oynayacaq . Bu xüsusda Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqlarının 2050-ci ilə qədər işlənilməsi üzrə yeni kontrakt bağlanması, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində qaz ixracatçısı kimi də Azərbaycanın rolunun güclənəcəyi, neft-kimya sektorunun inkişaf etməsi, bu sahəyə italyan şirkətlərinin də cəlb olunduğu önəmli layihələrin həyata keçirilməsi, yaxın illərdə ölkəmizin neft və qaz məhsullarının ixracı potensialının artacağını göstərir. Bütün bunlar ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə fəal rol oynamasına gətirib çıxaracaq və Azərbaycanın davamlı inkişafını təmin edəcək.

Azərbaycanda sərmayə imkanlarına görə ölkəmiz xarici sərmayələr üçün əlverişli iqlim şəraitinə malikdir və biz müştərək müəssisələr çərçivəsində sənaye layihələrinin həyata keçirilməsi üçün sərmayələrin qoyulmasında maraqlı tərəf kimi çıxış edir. Ölkəmizdə yaradılan sənaye parklarında maraqlı sərmayə imkanları mövcuddur. Nəqliyyat, enerji, yüksək texnologiyalar, tikinti, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf yaşadığını və xarici tərəfdaşlar ilə əməkdaşlıq üçün böyük perspektivlərə malikdir. Ölkəmizin coğrafi və logistik üstünlükləri regionda ən böyük hava limanı, dəniz limanı və inkişaf etmiş dəmir yolu şəbəkəsi ilə logistik mərkəz olan Azərbaycandan 270 milyon istehlakçısı olan MDB bazarlarına rahat çıxış əldə etmək, cəmi 4 saatlıq uçuşla dünya istehlakçılarının təxminən 50 faizinin yaşadığı 50 ölkəyə getmək mümkündür. Qeyd olunan səbəblərdən də, xarici şirkətlər Azərbaycana sərmayə yatırmaqla bütün bu bazarlara asan və əlverişli çıxış əldə edə bilirlər. Azərbaycanın çoxmədəniyyətli ölkə və dünyəvi dövlət olduğuna görə xarici şirkətlər ölkəmizə asanlıqla uyğunlaşa bilirlər. Əhalinin təxminən yarısının iqtisadi cəhətdən fəallığı və savadlılıq dərəcəsinin yüksək olması (99,8 faiz), çoxsaylı tədqiqat və inkişaf mərkəzlərinin, ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bunların iqtisadi inkişafın elmi komponentini və insan resurslarını təmin etməsinə nümunədir.

“İpək Yolu”nun coğrafiyası və Azərbaycan

Rəsmi Bakı dəfələrlə açıqlayıb ki, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Bu siyasət dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, ölkələrlə qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını özündə ehtiva edir. Azərbaycanın Qərbi Avropa dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata keçirilməsinə, eləcə də müasir bazar iqtisadiyyatı və xarici sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qərbi Avropa ölkələri Azərbaycan üçün ixrac bazarı kimi çıxış edir. Bundan əlavə, Azərbaycan özünün yüksək səviyyəli mülki cəmiyyətinin təşəkkülü prosesində Qərbi Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir. Azərbaycan Qərblə yanaşı, Şərqlə də müxtəlif sahələrdə səmərəli əməkdaşlıqlar qurmağa çalışır. Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığı qeyd etmək olar. Bu ölkələrlə əməkdaşlığın inkişafının zəruriliyi Azərbaycanı "İpək Yolu" layihəsinin gerçəkləşdirilməsində daha iradəli olmağa sövq edib. Çinin artan beynəlxalq nüfuzu və Avrasiyada mövqelərinin möhkəmlənməsi Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təkan verib. Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı maraq Azərbaycan-Yaponiya münasibətlərinin zəngin potensialının müntəzəm əsasda açılması üçün əlverişli zəmin yaradıb. Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfəri və bu çərçivədə keçirdiyi görüşlər Azərbaycanın regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanların yaratdığı söylənilir.

Rabitə və yüksək texnologiyalar nazirliyinin Çindəki Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirakı həm də yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirələrdə iştirak edibdir. Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak da Bakıya rəsmi səfərə gəlməsi və ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran məsələlər barədə anlaşama imzalaması mühüm hadisə oldu. Həm də bir sıra siyasi, enerji təhlükəsizliyi və regional təhlükəsizliklə bağlı müzakirələr açıqlamalar verildi. Anlaşma Memorandumu imzalandı. Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında enerji sahəsində çox ətraflı müzakirələr aparılıb: "Bu sahədə əməkdaşlığımız üçün çox böyük perspektivlər var. Bu səbəbdən də SOCAR və "Petroliam Nasional Berhad" şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi yaradır.

Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçiririk, səylər göstəririk. Biz İƏT çərçivəsində çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistem və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni səhifəsini açır".

"Asiya qitəsinin bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrimiz var"

Azərbaycanın yerləşdiyi məkandan, kontingentindən asılı olmayaraq, bütün dövlətlərlə əməkdaşlığı mümkündür. İstənilən sahədə səmərəli əməkdaşlıq mümkündür. Ölkəmiz dünya dövlətləri ilə ticarət, bank, enerji sektorunda əməkdaşlıq mövcuddur və inkişaf edir. Azərbaycan bütün sahələrdə inkişaf etmiş dövlətdir. Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin, əlbəttə ki, ikitərəfli münasibətlərin yaranması və inkişafı arzuolunandır. Azərbaycanın xarici siyasətində Asiya qitəsinin bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr, bu regionda yaradılmış və müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq və regional qurumlarla münasibətlər var. Qitə ölkələri ilə Azərbaycanın münasibətləri və əlaqələri bir neçə istiqamət üzrə mövcuddur.

Müxtəlif sahələrdə əlaqələrin qurulması üçün potensial imkanlar

Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, Azərbaycan Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Asiyanın bəzi dövlətləri ilə sıx partnyorluq münasibətləri yaranıb və onunla hərtərəfli əməkdaşlıq edir, digərləri ölkəmizlə diplomatik münasibətlər qurmuş və tərəfdaşlıq istiqamətində hərtərəfli iş aparırlar. Faktiki olaraq, bu gün Avropa, Amerika, Afrika ölkələri ilə yanaşı, Asiya ölkələri ilə də səmərəli əməkdaşlıq qurulub.

Azərbaycan mövcud tarixində ilk dəfədir ki, Asiya ölkələri ilə münasibətlərini ən yüksək və keyfiyyətli səviyyədə qura bilibdir. Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olub. Burada dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli mövqeyi beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla olan münasibətlərinin tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsinə gəlib çatmasını qeyd etmək lazımdır. Pakistan Azərbaycanın strateji tərəfdaşıdır. Pakistan Ermənistanın işğalçı siyasətinə qarşı olaraq bu ölkə ilə diplomatik münasibətləri kəsib. Malayziya kimi inkişaf etmiş dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu ölkə ilə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru sahəsində də əlaqələrin olması potensialı var. Uzaq Şərq və Asiya dövlətləri ilə qarşılıqlı iqtisadi, ticarət və maliyyə əlaqələrinin inkişafı həm də ölkəmizin beynəlxalq miqyasda mövqelərinin güclənməsinə xidmət edir. Bu da öz növbəsində Azərbaycana olan marağın artması, işğal altında olan ərazilərimizin azad edilməsi məsələsində beynəlxalq həmrəyliyə doğru atılan strateji addımlardan biridir.
Azərbaycanın Uzaq Şərq və Asiya dövlətləri ilə əlaqələrinin gücləndirilməsi, beynəlxalq iqtisadi münasibətlərin daha geniş mənada inkişafına xidmət edir. Artıq Çin, Yaponiya, Malayziya, İndoneziya, Cənubi Koreya, Sinqapur, Hindistan və digər dövlətlərin ölkəmiz haqqında maraqlarının güclənməsi və iqtisadi münasibətlərdə tam sərbəst olmaları üçün zəmin yaratmışdır. Bu ölkələrdən sadəcə şirkətlər deyil, həm də turizm axınlarının başlanması da daxili iqtisadiyyatımızın inkişafına böyük təkandır.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA