Azərbaycanla bağlı mühüm konfrans ləğv edildi - TƏZYİQ

Azərbaycanla bağlı mühüm konfrans ləğv edildi - TƏZYİQ

Güney Azərbaycanın Mühəqqiq Ərdəbili Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransının keçirilməsinə icazə verilməyib.

Hurriyyet.org kult.az-a istinadən xəbər verir ki, konfrans təhlükəsizlik orqanlarının təzyiqi ilə tədbirin başlanmasına bir neçə dəqiq qalmış ləğv edilib.

“Xətayi Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə planlaşdırılan mərasimə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddi kimi ziyalılar dəvət olunub.

Tədbirin başlamasına bir neçə dəqiqə qalmış ləğv olunması azərbaycanlı tələbələrin etirazına səbəb olub.

Qeyd edək ki, Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA